Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məscidlərin həyətində namaz qılmaq qadağandır? - Rəsmi AÇIQLAMA
Tarix: 07-04-2017 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

Məscidlərin həyətində namaz qılmaq qadağandır? - Rəsmi AÇIQLAMA


Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur.
Bunu report-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanunun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir:

"Bu məsələ hər bir məsciddə vəziyyət nəzərə alınaraq onların özü tərəfindən tənzimlənir. Bu hüquq da həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hər hansı bir məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləməlidir".

Şöbə müdiri bildirib ki, hansısa məsciddin həyətində namaz qılınması ilə bağlı ictimai təhlükəsizlik baxımdan problem yaranmırsa, icmanının razılığı ilə orada namaz qılına bilər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə cümə namazları zamanı məscidlərin həyətində namaz qılınmasının qadağan edildiyi barədə məlumatlar yayılıb.




Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___