Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Amerika Suriyaya "hindu baltaları" yağdırdı -VİDEO
Tarix: 07-04-2017 | Saat: 11:07
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Amerika Suriyaya "hindu baltaları" yağdırdı -VİDEO

Xəbər verildiyi kimi, ötən gecə Amerika ordusu Suriyada Əsəd rejiminə aid aviabazaya “Tomahavk” raketləri ilə 59 zərbə endirib. Suriyadakı Əl Şayrat aviabazasına endirilən raket zərbələri nəticəsində 4 suriyalı hərbçinin öldüyü bildirilir. “CNN” kanalının yaydığı məlumatda isə deyilir ki, darmadağın edilən bazada rus əsgərləri də olub, lakin onların olduğu bölgə raketlərin hədəfində olmayıb.

Əməliyyatla bağlı yayılan fotolar da raket hücumlarının necə böyük bir hərəkat olduğunu ortaya qoyub.

Amerika tərəfi iddia edir ki, İdlibdə müxaliflərə kimyəvi silah istifadə edən Suriya təyyarələri məhz Əl Şayrat aviabazasından qalxıb.

Qeyd edək ki, Suriyanın İdlib şəhərində müxaliflərin hədəf alındığı ərazidə kimyəvi silahların istifadə edilməsinin ardından Amerika prezidenti Tramp Əsəd rejiminin hərbi bazalarını bombalayacaqlarını açıqlamışdı.

Onu da bildirək ki, tam adı “BGM-109 Tomahavk” olan bu raketlərin adı "Hinduların döyüş baltası” mənasını verir. Dünyadaki ən mükəmməl raketlərdən olan “Tomahavk”ın müxtəlif növləri var.

**
05:42
ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir. APA-nın xəbərinə görə, bu barədə “NBC News” telekanalı ABŞ-ın hərbi məmurlarına istinadən məlumat yayıb.

Məlumata görə, “ABŞ Suriyaya onlarla qanadlı raket atıb”.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

“ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, - deyə telekanal qeyd edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq, bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib.




Xəbəri paylaş

8588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___