Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millimiz FİFA reytinqində 2 pillə irəlilədi
Tarix: 06-04-2017 | Saat: 12:31
Bölmə:Karusel / İdman | çapa göndər

Millimiz FİFA reytinqində 2 pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

"Xəbəraz.az "xəbər verir ki, martda keçirilən DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələrinin də əksini tapdığı siyahıda bir sıra dəyişikliklər baş verib.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə qeydə alınan yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib. Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da yığmamızım mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci pilləyə yüksəlib.

Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü (0), Şimali İrlandiya 823 xalla 26-cı (+9), Çexiya 679 xalla 46-cı (-4), Norveç 387 xalla 86-cı (-5), San Marino isə 12 xalla 204-cü (-1) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1661 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___