Azərbaycanda təcili tibbi yardım maşını radara düşdü – FOTO + YENİLƏNİB
Tarix: 06-04-2017 | Saat: 12:17
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycanda yol polisinin təcili tibbi yardım maşınını cərimələməsi təəccüb doğurub.
"Xəbəraz.az "Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib.
K.Əliyev qeyd edib ki, əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, bu foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır və nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur:
“Operativ nəqliyyat vasitələri isə hərəkət zamanı digər nəqliyyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malik olduqlarına görə “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan göy və ya qırmızı işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.
Sözügedən məsələ ilə bağlı elektron protokol Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasına göndərilib. Həmin stansiyanın rəhbərliyi protokol daxil olan andan etibarən 5 gün ərzində sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir. Əgər qayda pozuntusu iş vaxtı baş veribsə və bunu nəqliyyat vasitəsinin məxsus olduğu müəssisənin rəhbərliyi təsdiq edərsə, o halda inzibati xəta haqqında protokollara xitam verilir”.
10:26
Ağdaş Mərkəzi Xəstəxanasından ağır infark diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə azxeber.com-a adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü məlumat verib.
Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri apardıqları zaman radara düşüblər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir.
Müraciətdən göründüyü kimi, DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir.
Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir:
“Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə, bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir”.

5538 dəfə oxunub.
Digər xəbərlər

1-05-2021, 07:27
Messinin butsları hərracda 144 min avroya satıldı
5-03-2016, 12:24
Nikaha daxil olmaq istəyən cütlüklər Hepatitin bütün növlərinə görə müayinədən keçəcəklər - RƏSMİ AÇIQLAMA
14-06-2016, 12:55
İlham Əliyev Obamaya məktub göndərdi
3-11-2015, 13:41
Sevdiyi qıza görə canından keçdi
24-06-2017, 09:54
Lerikdə qar uçqunu nəticəsində faciə baş verən ailədən YENİ XƏBƏR
13-04-2015, 00:46
"Xuliqan" sözü hardan gəlir?
29-06-2017, 23:20
Azərbaycan dindarlıq dərəcəsi ən az olan ölkələr sırasındadır
3-05-2019, 11:19
Müğənni Lalə Məmmədova keçmiş ərini məhkəməyə verir - QALMAQAL
6-03-2017, 19:27
Başı kəsilən nişanlı qızın SON SÖZÜ: "Başı çatmır,ana,qaytar nişanı" - TABUTUNU XONÇA KİMİ BƏZƏDİLƏR