Un UCUZLAŞDI
Tarix: 06-04-2017 | Saat: 12:03
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
"Xəbəraz.az " xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb.
""Karat Holdinq" MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.
Xəbəri paylaş
8008 dəfə oxunub.
Digər xəbərlər

11-05-2021, 11:39
"Ermənilər Kəlbəcərdə hər addımbaşı mina basdırıb" - Ombudsman
5-10-2015, 14:30
Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb
28-07-2017, 10:37
Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin!
4-09-2015, 02:32
"Sən oldun"ifasını yeni səsdə dinləyək(VİDEO)
24-02-2017, 20:40
Sevgilisi olan 10 yaşlı qızdan cəsarətli paylaşımlar - fotolar
7-09-2021, 11:20
Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATI
13-09-2015, 12:40
Ziya Məmmədov açılışa dəvət olunmadı
10-11-2023, 16:59
Azərbaycanda məktəbli qızını xəstəxanaya aparan ana şok yaşadı - Hicaba keçmə səbəbi təəccübləndirir
7-11-2018, 12:52
Millət vəkili Qüdrət Şükürovun hamamından danışdı