Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Abbas pula görə Bakıdakı toyu qoyub Moskvaya getdi" - qalmaqal
Tarix: 05-04-2017 | Saat: 16:50
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Abbas pula görə Bakıdakı toyu qoyub Moskvaya getdi" - qalmaqal

Əməkdar artist Abbas Bağırovla klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal daha da böyüyüb.

A.Bağırovun “Hüseyn mənə qarşı böyük səhv etdi. Onunla danışmaq istəmirəm, sözümü demişəm. O, məni pis vəziyyətdə qoydu. Onun yerinə başqa toya söz vermişdim. Çox pul qazanmaq üçün məni pis vəziyyətə qoydu” sözləri qarşı tərəfi özündən çıxarıb.

H.Məhəmmədoğlu “10-dan sonra” verilişində qarşı tərəfin ünvanına tənqidi fikirlər səsləndirib:

“Biz dostlar arasında anlaşılmazlıq olanda efirdə demirik. Bunu heç kimə yaraşdırmıram. Bu günə qədər Abbasdan heç vaxt küsməmişəm. Ailəmdə çox xoş gün olub, Abbası dəvət etmişəm, amma gəlməyib. Heç ondan küsməmişəmdə. Onun bütün xeyir işlərində təmənnasız iştirak etmişəm. Abbas mənə deməmişdi ki, "bura səni istəyirlər, hansı məbləğə gələrsən?". Mənim gedəcəyim toy xeyirlə bağlı deyildi. Mən Eltonun ansamblına rəhbərlike dirəm, bu mənim işimdir. Dəfələrlə Abbas Bağırov və ansamblı Moskvadakı toydan yüksək qonorar aldığı üçün Azərbaycandakı məclisdən bir gün qalmış imtina edib. Abbas qonorara görə Azərbaycan toyunu qoyub Moskvaya gedəndə olar, mən edəndə yox? Sənə olar, mənə olmaz? Abbas qara siyahıdan danışır. Allah adamı qara siyahısına salmasın. Abbas hara gəlib səhnədən durmadan onu müşayiət etmişəm. Bu mənim musiqiçi borcumdur. Ona sayqım, hörmətim var".

H.Məhəmmədoğlu A.Bağırovla barışmaq istədiyini, amma qarşı tərəfdən "yox" cavabı aldığını söyləyib:

"Onunla barışığa cəhd etmişəm. Məclisdə yaxınlaşıb "salam" verib, demişəm ki, küsülülük qalmasın. Amma barışmadı".


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___