Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ŞOK HADİSƏ: Əli Abbasov qayınatasını GÜLLƏBARAN ETDİ - (YENİLƏNDİ)
Tarix: 05-04-2017 | Saat: 16:40
Bölmə:Karusel / Hadisə | çapa göndər

ŞOK HADİSƏ: Əli Abbasov qayınatasını GÜLLƏBARAN ETDİ - (YENİLƏNDİ)

İmişli Rayon Polis İdarəsindən verilən məlumata görə, Əli Abbasov hadisəni törədərkən sərxoş olub:
“Onun ailə üzvlərini girov saxlaması yanlış məlumatdır. Sadəcə həyat yoldaşı ilə aralarında münaqişə olub, qadın da atasını çağırıb. Ancaq Əli Abbasov qapını bağlayıb qayınatasını evə buraxmaq istəməyib. Ona görə də belə mübahisə yaranıb. Əli Abbasov da qayınatasının maşınına atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, sadəcə maşın zədələnib”.
İdarədən bildirilib ki, hadisədən sonra polis əməkdaşları Ə.Abbasovu saxlayıb, tərəflər dindirilib: “Qayıntası onun daim içdiyini, qızı ilə dalaşdığını deyib. Əli Abbasov hadisəni törədərkən də içkili olub. Ekspertiza da aparılıb, onun içkili olması təsdiqlənib. Ailə münaqişəli ailə deyil, ilk dəfədir ki, belə bir şikayət daxil olub. Ailə daxilində ola bilər ki, əvvəllər də münaqişə yaşansın. Hadisədən sonra qayınatası qızını özü ilə aparıb”.

***
İmişli rayon sakini Abbasov Əli Vəli oğlu ailə münaqişəsi zəminində ailə üzvlərini girov götürüb.
Avropa.info xəbər verir ki, Ə.Abbasov ailə problemlərinin həlli üçün gəlmiş qayınatasına etiraz edib və onun avtomobilinə odlu silahdan atəş açıb.
Atəş nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Ə.Abbasov ailə üzvlərini iki saata yaxın evdə girov saxlayıb. Hadisə gecə saatlarında olub.
Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Polisin müdaxiləsindən sonra Ə.Abbasov təslim olub.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb.
Araşdırma aparılır.


Xəbəri paylaş

1 4918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___