Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qohumla niyə evlənmək olmaz?
Tarix: 05-04-2017 | Saat: 15:24
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qohumla niyə evlənmək olmaz?

“Yaxın qan qohumu ilə evlənmək olarmı? Suala cavab verərkən məsələnin milli, mənəvi, psixoloji və yaxud mental tərəflərini bir kənara qoyaq. Bəs, bu nikahlardan doğulan əlil və irsi-genetik xəstəliklərdən əziyyət çəkən uşaqları neyləyək?!”.

"Xəbəraz.az " Qafqazinfo-ya istinadla xəbər verir ki, bu sözləri ölkənin tanınmış pediatrı Vaqif Qarayev dünəndən müzakirə olunan əminin qardaşı qızını qaçırması hadisəsinə şərh verərkən deyib.

Həkimin sözlərinə görə, ona müraciət edənlər arasında qohumu ilə ailə həyatı qurduğu üçün övladı anadangəlmə fiziki və əqli qüsurlu olan valideynlər az deyil:


“Bəzən nəslin bütün uşaqları eyni irsi xəstəlikdən əziyyət çəkir. Hətta elə hallar da olur ki, bir ailənin bütün uşaqları fiziki qüsurlu doğulurlar. Səbəbi isə çox sadədir: Ata, ana qohumdur və nəsildə bir neçə epilepsiya xəstəsi var. Bu qohum nikahdan da epileptik uşaq doğulur. Bu kimi misallar heç də az deyil. Çox təəssüf olsun ki, təhsillisi də, cahili də, nadanı da - hamı iki arqument göstərir: Birincisi: din qadağan etmir, əksinə məqbul sayır, ikincisi isə qohumu ilə evlənib və övladı sağlamdır.

Dinə qarışmaq fikrim yoxdur, bu, cahillikdən başqa bir şey deyil. Amma ilk uşağın sağlam doğulması sonrakı doğulacaq uşaqların sağlamlığına zəmanət vermir.

Hətta konkret misallar da göstərirlər ki, filan kənddə hamı qohumu ilə evlənir. Müşahidələrimdən o qənaətə gəlmişəm ki, bu işdə təhsilli insanlarımız da israrlıdır. Ancaq o “filan” kənd deyilən yerdə kifayət qədər epileptik və oliqofrenik uşaqlar var. O valideynlərin əzabını heç kim bilmir”.

Həkim onu da qeyd edib ki, qohum nikahlarından sağlam uşaq doğula bilər, ancaq risk böyükdür:

“Əlbəttə ki, qohum nikahlardan sağlam uşaq doğula bilər. Amma bu uşağın hər hansı bir genetik xəstəlik daşıyıcısı olma riski böyükdür. Xəstəlik ondan sonrakı nəsillərdə üzə çıxacaq. Ailədə, hətta bir uşaq belə əlil doğulursa, bu, faciədir”.


Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___