Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda törədilmiş dəhşətli qətlin təfərrüatları - YENİLƏNİB - VİDEO - FOTO
Tarix: 03-04-2017 | Saat: 22:44
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda törədilmiş dəhşətli qətlin təfərrüatları - YENİLƏNİB - VİDEO - FOTO

Respublikanın prokurorluq və daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır, həmçinin xüsusilə ağır cinayətlərin açılması istiqamətində uğurlu istintaq və əməliyyat-axtarış tədbiri həyata keçirib.

Aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarışısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal rayon prokurorluğu və polis idarəsinin rəhbər şəxslərindən ibarət əməliyyat-istintaq qrupu cəlb edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının isti izlərlə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan L.Məmmədova cinayəti törətməkdə şübhəli bilinən A.Cəfərovun həyat yoldaşının xalası olub.

Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə S.Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollandığını bildirib. Amma həmin evə gələn zaman A.Cəfərov yolda ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və onlar birlikdə mənzilə daxil olublar. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. F.Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə L.Məmmədova açıb və A.Cəfərov bu zaman qətl hadisəsini törədib.

Saxlanılan şəxs hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib. O, evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.



Xəbəri paylaş

1 3678 dəfə oxunub.

Digər xəbərlər
28-02-2018, 14:30 Venger "Arsenal"dan gedir?

bütün xəbərlər
____ Instagram ___