Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Anamı məcbur ərə verdilər" - azərbaycanlı müğənni
Tarix: 03-04-2017 | Saat: 19:15
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Anamı məcbur ərə verdilər" - azərbaycanlı müğənni

“Atam bizi atıb getmişdi. Anamı adına söz çıxar, namus əldən gedər düşüncəsi ilə məcbur ərə verdilər. Heç tanımadığı, özündən çox böyük biri idi. Məni və bacım Fədayə Laçını nənəm saxlayıb”.

Bu sözləri müğənni İlahə Fəda “ATV maqazin onlarla” verilişinin “Gəlmələr” rubrikasında deyib.

Sənətçi onları anasının yox, nənəsinin böyütdüyünü söyləyib:

“Anamdan heç ayrılmadıq. 9 ay məktəbdə oxuyurduq, 3 ay tətili onun yanında olurduq. Maddi baxımdan atama, anama ehtiyacımız olmayıb. Babam və nənəm çox imkanlı olub, onları hamı tanıyır.

Həmişə atamı axtarırdım. Bilirdim ki, Sumqayıtda yaşayır. 16 ildən sonra atamı tapdım. Münasibətimiz davam etdi, amma ata-bala kimi yox”.

Şəxsi həyatından danışan ifaçı böyük eşqindən söz açıb:

"Çox böyük eşq yaşadım. Sevdiyimdəm çox sevildim. Həmin şəxs rəhmətə getdi, mən də o kitabı bağladım. Heç vaxt ailə qurmaq, gəlin olmaq xəyalım olmayıb. Ona görə də ərə getmədim, övladım da olmadı".


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___