Bu cizgi filmləri uşaqlar üçün zərərlidir
Tarix: 02-04-2017 | Saat: 01:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Nənə yox, baba yox, saatlarla televizorun, kompüterin qarşısında oturan uşaqların gələcəyi çox aqressiv olacaq.
Uşaqlar bilavasitə cizgi filmindən həyatı öyrənirlər. Onların nitqinin inkişafında cizgi filmlərinin xüsusi rolu olduğu hər birimizə məlumdur. Lakin buna sadəcə animasiya, rəngli qəhrəmanlar kimi baxmaq lazım deyil. Bəzi valideynlər uşağın sakitliyini təmin etmək üçün onu saatlarla televizorun, kompüterin önündə qoyur. Ekranlarda zorakılıq məzmununa malik cizgi filmlərinin nümayişi uşaq psixologiyasına mənfi təsir göstərsə də, bunu ciddi qəbul etməyənlər mövcuddur.
Bu günlərdə Yutubda məşhur cizgi filmi obrazlarının iştirakı ilə qorxulu və təhlükəli videolar yayılıb. "BBC Trending” bu tip videoları taparaq araşdırmağa başlayıb. "Peppa Peg” adlı çizgi filmində Peppanın dişləri iynə ilə çəkilir, ağrıdan ağlayan bir səs eşidilir.
Bundan başqa, yüzlərlə videoda cizgi filmi qəhrəmanlarının parodiyası və qorxulu anları təsvir edilib. Məsələn, Yutubdakı məşhur uşaq kanallarından birinin fotosunda animasiya qəhrəmanları göstərilsə də, həmin kanala daxil olanda "Qanlı Elza”, "Hörümçək adam Elzanın qolunu sındırdı”, "Çılpaq Hulk şalvarını itirdi” kimi videoları görmək mümkündür. Bəzi videolar silinsə də, mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
Yutub rəsmiləri isə açıqlama verərək şikayətləri ciddiyə alacaqlarını bildiriblər: "Problemli videolarla bağlı bizi xəbərdar edənləri diqqətə alırıq. Şikayət edilən videolar analiz edilir və uyğun deyilsə, silinir. Valideynlərə məsləhət görürük ki, "YutubKids” proqramından istifadə etsinlər”.
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı telefondan rahat danışa bilmək və televizorda istədiyi proqrama baxa bilmək üçün uşağa telefon verib ona saatlarla cizgi filmi izlədən valideynlərin olduğunu təsdiqlədi. Sosioloqun sözlərinə görə, ailələr kiçilib, fərdlər azaldıqca uşaqlarla ünsiyyət məsələsi məhdudlaşır:
"Ata, ana işləməli, ailənin güzəranı üçün pul qazanmalıdır. Nənə-babaya ehtiyac var, amma bir çox ailə nənə-babadan ayrı yaşayır. Əvvəllər ailələr geniş idi. Hər ailədə nənə-baba, bibi-əmi vardı. Hərə uşaqla 1 saat vaxt keçirəndə həm uşağın günü məhsuldar keçirdi, həm də ata-ana rahatlıqla işə gedib-gələ bilirdi. Təbii ki, öz rahatlığı üçün uşağa bir telefon verib saatlarla cizgi filmi izlədən valideynləri istisna edirəm.
Əslində mənim də yaralı yerimdir bu məsələ. Çünki evdə körpə uşağım var və mən yazımı yazanda, kompüterdə işləyəndə onun başını qatan, oyunlar oynayan heç kim olmur. Məcburən ona sevdiyi cizgi filmlərini qoyuram, izləyir. Amma təbii ki, müəyyən vaxt çərçivəsində və özümüzün təyin etdiyimiz cizgi filmlərini izləmək şərti ilə. Müasir cizgi filmlərinin əksəriyyəti subliminal mesajla zəngin olduğu üçün uşaqlara müasir cizgi filmləri izlətmirik. Sovet dövründə çəkilmiş minlərlə cizgi filmləri var ki, uşaqlar üçün maarifləndirici və zərərsizdir. Uşaqların oynaya biləcəyi, təfəkkür açan, zehni qüvvətləndirən oyunlar almaq lazımdır. Bir uşaq yalnız avtomat, tapança, oyuncaq maşınla oynamamalıdır. Marağını çəkən oyun konstruksiyaları olmalıdır”.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

31-07-2020, 11:29
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
26-07-2015, 23:19
Ucar-Ağdaş yolunda dəhşətli yol qəzası baş verdi (VİDEO)
11-06-2016, 20:57
İstanbulda müəmmalı olay: 6 yeniyetmə yoxa çıxdı
22-12-2022, 12:19
Bu tələbələr də sosial təhsil krediti ala biləcəklər - Qaydalar dəyişdi
18-01-2018, 15:05
İlham Əliyev itən alpinistlərin axtarışı ilə bağlı göstəriş verdi
6-05-2018, 10:25
Nazim İbrahimovun qızının toyu oldu - Fotolar
16-10-2015, 15:38
Arvadını boşamaq istəmədi, özünü vurdu
14-05-2017, 11:11
DİQQƏT: Bu yağlar xərçəng yaradır
25-04-2016, 23:02
Malta prezidenti də Bakıya gəldi
11-12-2015, 15:07
ANS-in 4 verilişi bağlandı