Azərbaycan Beynəlxalq Rəqs Festivalında
Tarix: 02-04-2017 | Saat: 01:44
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər
Aprelin 2-də Tiflisdə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə keçirilən IV Beynəlxalq Rəqs Festivalında Azərbaycanı Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Əminə Musayevanın rəhbərliyi ilə “Təbəssüm” uşaq rəqs qrupu təmsil edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, beynəlxalq rəqs festivalında çıxış edən “Təbəssüm” uşaq rəqs qrupunun üzvləri nümayiş etdirdikləri “Basqalı” və “Bayram” adlı rəqslərlə tədbirdə uğur əldə ediblər.
Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Əminə Musayeva APA-ya açıqlamasında artıq 4-cü dəfədir ki, hər il keçirilən ənənəvi Vaxtanq Çabukiani adına Beynəlxalq Xoreoqrafiya Festivalına qatıldıqlarını bildirib. O, Türkiyədə keçirilən “TRT 23 aprel uşaq bayramına dəvət aldıqlarını da bildirib.
Festival çərçivəsində “Təbəssüm” uşaq rəqs qrupu Tiflisdə azərbaycanlı şagirdlərin təhsil aldığı 64 nömrəli orta məktəbdə “Ceyran” folklor rəqs ansamblının qonağı olublar. Rəqs qrupları arasında gələcəkdə əməkdaşlığa dair razılıq əldə olunub. “Ceyran” folklor rəqs ansamblını oktyabr ayında Bakıda keçiriləcək uşaq festivalına dəvət edilib.
Görüşün sonunda “Təbəssüm” uşaq rəqs qrupu “Tərəkəmə”, ”Basqalı” və digər Azərbaycan rəqslərini ifa ediblər.
Qeyd edək ki, V. Çikovani adına IV Beynəlxalq Rəqs Festivalı sabah davam edəcək. Tədbirə Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və Gürcüstanın peşəkar rəqqasları qatılıb.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

19-04-2016, 11:19
Şahmat üzrə yığmamız tarix yazdı - FOTO
20-07-2018, 14:07
64 yaşı olduğuna inanmayacaqsınız - Fotolar
14-05-2016, 18:45
Lazarev Azərbaycandan dəstək istədi
10-12-2016, 20:13
Rəqsanənin qızının -20 dərəcə şaxtada ehtiraslı rəqsi mat qoydu - VİDEO
23-06-2021, 16:34
"Qaçqınkom" vergi borcu olan şirkətlə müvaqilə imzaladı - Şübhəli tender
26-01-2023, 13:20
Azərbaycanda ölümcül yağlar SATILIR? - RƏSMİ AÇIQLAMA
16-02-2018, 18:23
Xırdalanda silahla adam öldürən beş nəfərin məhkəməsi başlayıb
29-09-2015, 11:48
Aktrisa Nəbahət Çehrə davamçısınnı adını açıqlayıb.
9-05-2015, 19:17
Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti aşkarlanıb.