“Almaniyanın qorxusu” - Dmitri Nazarova ad verdilər
Tarix: 01-04-2017 | Saat: 13:40
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Aue”nin “Sankt-Pauli” ilə görüşünün iştirakçısı olub.
Almaniyalı həmkarlarımız oyunla bağlı reportajda Nazarovu xüsusi adla qeyd edib. Mətbuat onu “Deutschland-Schreck” kimi qələmə verir. Bu isə “Almaniyanın qorxusu” anlamına gəlir.
Nazarovun bu ada layiq görülməsi də təsadüfi deyil. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində Almaniyaya qarşı keçirilən DÇ-2018-in seçmə oyununda (1:4) qol sevinci yaşayıb. Hesab 0:1 olarkən bərabərlik qoluna imza atıb, Bundestimi az da olsa, təşvişə salan Dmitri rəqibin 9 aylıq quru seriyasını da qırıb. Məhz bu amil də ona “Almaniyanın qorxusu” adının verilməsi ilə nəticələnib.
Qeyd edək ki, “Aue”nin 1:0 hesabı ilə qalib gəldiyi oyunda Nazarov 77 dəqiqə forma geyinib.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

17-06-2019, 16:31
AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
25-10-2016, 11:12
Qumar oyunları : 8228 getdi, 5353 gəldi
2-08-2015, 02:05
Nəcəfov Tariyel Sabir oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
21-05-2018, 23:33
İranda göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb
9-05-2020, 09:42
Onlar da tutuldular - FOTOLAR
3-11-2019, 14:05
Sumqayıtda ağır qəza: 3 ölü
4-08-2016, 23:32
Hansı şokolad daha faydalıdır?
11-05-2016, 14:11
Ermənilərin Tərtərə atdığı kimyəvi silah partlaya bilər