Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO
Tarix: 01-04-2017 | Saat: 12:00
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO


Hər yaz mövsümündə alçanın qiyməti yerli istehlakçını şoka salan hadisəyə çevrilir. Martda 720 manat təşkil edən alça aprelin ilk günündə artıq 320 manata (port bazar) satılır. May ayında isə alıcını hansı qiymətin gözlədiyi bəlli deyil. Sadəcə onu deyə bilərik ki, dəyərinə görə, az qala qızılın unsiyası ilə yarışan bu məhsul yay aylarında 0,50 manatdan baha olmayacaq.

Maraqlıdır ki, heç bir məhsul, hətta qızıl, neft belə dəyər qazanıb, sonradan dəfələrlə ucuzlaşmır. Bazarlarda söhbət etdiyimiz satıcılar alçanın baha olmasına səbəb kimi mövsümü göstərirlər. Lakin o da bəllidir ki, ölkədə son illər minlərlə istixana yaradılıb və alça heç də çətin yetişdirilən meyvə deyil. Hətta yabanıdır. Belə ki, Azərbaycanın meşələri alça ilə boldur. Becərilən yerli sortlar içərisində ən geniş yayılanlar: yaz mələsi, xanbeyi, şabranı, ağalça, talibi və başqalarıdır.



Məhsuldarlıq artıb

Dövlət Statistika Komitəsinin rəqəmlərinə inansaq, 2015-ci ildə respublika üzrə 2968 ha ərazidə alça bağları salınıb. İldən-ilə alça bağlarının sayı artıb. Məsələn, 2014-cü ildə bu rəqəm 2848 ha təşkil edib. Bu bağlardan 2015-ci ildə 24394 ton alça istehsal edilib. Alça istehsalının həcmi də müvafiq olaraq artıb. Alça bağlarının məhsuldarlığı isə 93,0 sent/ha olub. Alma bağlarının məhsuldarlığından 3 bənd çox. Göründüyü kimi alçanın məhsuldarlığı kifayət qədər yüksəkdir. Sual doğurur bu meyvə niyə bahadır?

İstixana saxlamaq bahalıdır

Mövsümdən əvvəl bazara çıxarılan alçalar adətən ya istixanada yetişdirilir, ya da ölkəyə idxal yolu ilə gətirilir. Əvvəlcə istixanalardan başlayaq. İstixanada alçanın yetişdirilməsi doğurdanmı bahalı prosedurdur? Bir müddət əvvəl Göyçayda kənd təsərrüfatı istehsalçısı istixanada Göyçə Sultan növündən 9 ədəd alça ağaçı yetişdirdiyini açıqlamışdı. Bunun elə də çətin prosedur olmadığını, hətta istixana alçasının daha dadlı olduğunu irəli sürmüşdü. Onda belə çıxır ki, alçanın qiymətinə istehsal xərcləri təsir edir.

Nəzərə çatdıraq ki, istixana qurmaq elə də asan prosedur deyil. Polikarbonatdan olan müasir istixananın hər kvadrat metri 100-150 dollar təşkil edir. Kustar üsullarla qurulan istixanaların hər sotu isə yerli sahibkara təxminən 1500 manata başa gəlir. Başqa tərəfdən mavi qazın, suyun, eləcə də elektrik enerjisinin tarifləri qalxıb. Bu da məhsulun yetişdirilməsi xərclərinə təsir edir.



Təklifin az olması qiymətləri artırır

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, istixanada məhsul yetişdirmək baha başa gəlir. Bundan əlavə məhsuldarlıq elə də yüksək olmur. Avropa ölkələri ilə müqayisədə bu rəqəm qat-qat aşağıdır: "İstixana şəraitində alça yetişdirən sahibkarların sayı çox azdır. Ölkədə satılan alça çox zaman idxal məhsulu olur. Xüsusilə İrandan gətirilir. Təklif az olduğu üçün idxalçılar qiyməti istədikləri kimi təyin edirlər".

Alçanın hazırkı qiymətinin optimal olmadığını vurğulayan mütəxəssis bildirir ki, bununla belə kiloqramı 720 manata alça alanlar var.




Ölkəyə meyvə idxalı azalıb

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ölkəyə meyvə-tərəvəz idxalı azalıb. Məsələn, ötən ilin yanvar ayında ölkəyə 78,506.79 ton meyvə tərəvəz idxal edilmişdisə, bu ilin müvafiq dövründə həmin rəqəm 62,229.36 ton olub. Azalma 21 faiz təşkil edir. Bu da o deməkdir ki, daxildə istehsal artıb və bazarın tələbi yerli təklif hesabına ödənir. Deməli, meyvə bazarı ucuzlaşmalıdır, nəinki bahalaşmalı. (milli.az)

Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO
Alçanı apreldə 320 manat, yayda 50 qəpik edən səbəblər - FOTO


Xəbəri paylaş

9158 dəfə oxunub.

Digər xəbərlər
29-03-2015, 18:00 Spermanızın 10 düşməni

bütün xəbərlər
____ Instagram ___