Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücülərin nəzərinə - "Avtobus zolaqları" ilə bağlı bilmədikləriniz
Tarix: 31-03-2017 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sürücülərin nəzərinə - "Avtobus zolaqları" ilə bağlı bilmədikləriniz


Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yeni çəkilmiş xüsusi hərəkət zolaqlarından keçid üçün istifadə edən şəxsi avtomobillər qoyulan qaydaları bilməli və riayət etməlidir. Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, zolaqlarda 30-60 metr məsafədə giriş-çıxış yerləri ayrılıb. O qeyd edib ki, sürücülər həmin yerlərdən istifadə edib bir yoldan digər yola keçə bilərlər. Ekspert vurğulayıb ki, əgər avtobus xüsusi hərəkət zolaqlarından hərəkət etdiyi üçün keçmək mümkün olmursa, onda şəxsi avtomobillər dayanıb avtobusun keçməsini gözləməlidir.

Ə.Hüseynov vurğulayıb ki, işıqfor olan yerdə bu problem yaranmır, növbə ilə avtomobillər yolda hərəkət edir: "Ancaq işıqfor olmayan yerdə qoyulmuş qaydalara əməl etmək lazımdır ki, problemlər yaranmasın".

Ekspertin fikrincə, xüsusi hərəkət zolaqlarının çəkilməsi yollarda tıxacların tamamilə aradan qaldırılmasına gətirib çıxarmayacaq: "Çünki bir neçə küçədə xətlərin tətbiq edilməsi vəziyyəti düzəldə bilməz. Amma yollarda bu xətlər də olmalı, eyni zamanda, başqa işlər də görülməlidir. Sürücülərin yol hərəkəti qaydalarına riayət eməsi ilə bağlı hazırlıq səviyyələri yüksəldilməli, ümumi yanaşmalar dəyişməlidir".






Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___