Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kənan: "O insanları dişimlə parçalamaq istəyirəm"
Tarix: 30-03-2017 | Saat: 11:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Kənan: "O insanları dişimlə parçalamaq istəyirəm"


Mən sol göstərib sağla vurmağı xoşlamışam. Bu, yaşadığım mühitdən, xarakterimdən irəli gəlir. Lazımsız tədbirlərə getmirəm, görsənmək xətrinə görsənmirəm.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Kənan Mahmudov (Kənan M.M) deyib.

Rejissor bildirib ki, indi onun kimi düşünənlər çox azdır:

"Enerjimi notbuk arxasında ssenari yazmağa sərf edirəm. İşlərimin ilk tamaşaçısı özüm oluram. Həmin ssenarini də mənim kimi düşünənlər bəyənəcək. Təssüf ki, mənim kimi düşünənlər, mənim gözümlə baxmaq istəyənlər çox azdır".

Kənan rejissorların kinoteatrlarla problem yaşadığını söyləyib:

"Sənətdə taktika sözü xoşuma gəlmir. Bunu hiyləgərlik kimi qəbul edirəm. Bir-birilərini aldadırlar. Deyirlər ki, sən filmi mayda, mən iyun ayında təqdim edim. Bu kimi hallarla tez-tez rastlaşırıq. Bizim tək dərdimiz kinoteatrlarladı. Sən filmi birinə verirsən, digəri göstərmir. Olan filmə olur".

Mahmudov sosial şəbəkədə yayımladığı sərt paylaşımlar barədə də danışıb:

"Son zamanlar söyüş söymək istəyirəm. Bilirsiz niyə? Mən heç kəsin haqqını yemirəm. Tanımadığım şəxslər barədə fikir irəli sürmürəm. Mənim üzərimdə kiminsə zərrə qədər əməyi varsa, o barədə ağız dolusu danışıram, köməyini zirvəyə qaldırıram. Amma mənim başqası üzərində babat əməyim varsa, və buna məhəl qoymurlarsa, qiymət vermirlərsə, həmin insanları dişimlə parçalamaq istəyirəm. Əvvəl belə deyildim, "ƏŞİ" deyib yola verirdim. İndi belə deyiləm".

Tanınmış rejissor deyib ki, tamaşaçılar onu "sındırıb" və tezliklə komediya janrında film çəkəcək:

"Hər zaman dram, melodram janrında filmlər çəkmişəm. Amma tamaşaçılar sağ olsunlar, məni "sındır"dılar. Gözləri aydın olsun, komediya janrında film çəkirəm. Bu rejissorlar tamaşaçılara öyrətməlidir. Həmin tamaşaçılar öyrənməsə, gələcəkdə rejissor olsa, insanlar bədbəxt olacaqlar. Onlar söyüşlə, beldən aşağı komediya ilə böyüyəcəklər. Filmlərdə maarifləndirici məqamlar olmalıdır. Bizim film qəhrəmanımız yoxdur. Axırıncı ciddi kino qəhrəmanımız Fəxrəddin Manafov olub".

Kənan sərt görünüşünün altında yumşaq ürəyinin olduğunu qeyd edib:

"Kim məni necə görürsə, elə də görür. Pərdələrimi qaldırandan sonra pişik kimi ürəyim var. Kobud görünməyin tərəfdarıyam. Şüşə kimi görünüm, sındıran kimi əlləri kəsilsin. Düzdü, mənim deməyimlə bəzən olmur. Heç kəsin qəlbini durduq yerə qırmıram. Qırıramsa, üzr belə istəmirəm. Üzr istəmək onun haqlı olduğunu qəbul etməkdir".



4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___