Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT
Tarix: 28-03-2017 | Saat: 17:36
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda müəllimənin dəhşətli qətli ilə bağlı YENİ MƏLUMAT

Bu gün Lənkəran rayonunun Səpnəkəran kəndində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.48 yaşlı həyat yoldaşı Maygül Əliyevanı küt alətlə amansızlıqla öldürən 49 yaşlı Rüfət Əliyev hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bildirilir ki, ailənin 2 övladı var. M.Əliyevanın qızı bir müddət əvvəl ailə həyatı qurub, oğlu isə Sumqayıtda ali təhsil alırmış. Dünən axşam babasıgildə qalan oğlanın yaz tətili başa çatıb. O, səhər saatlarında əşyalarını toplayaraq Sumqayıta yola düşmək üçün evlərinə gəlib. Qapını açdıqda isə anasının qan içində qalmış meyitini aşkarlayıb. Məlum olub ki, Rüfət Əliyev həyat yoldaşının başına küt alətlə zərbələr endirdikdən sonra qaçıb.

Qeyd edək ki, M.Əliyeva ibtidai sinif müəllimi olub. Onun həyat yoldaşı isə əsəb xəstəliyindən bir neçə dəfə müalicə olunub. R.Əliyev qısqanclığı səbəbindən əvvəllər evdə bir neçə dəfə dava-dalaş salıbmış.



*****


16:17


Lənkəranda qətl hadisəsi törədilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___