Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ayağı vuran ayaqqabı üçün-ÇARƏ
Tarix: 27-03-2017 | Saat: 14:12
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Ayağı vuran ayaqqabı üçün-ÇARƏ


Sevərək aldığımız ayaqqabılar bəzən bizi pis vəziyyətdə qoyur. Ayaqları döyən zaman ayaqlarda ağrılar yaranır və su yığılır. Bəs bu zaman nə etməli? Ayaqqabı döyən zaman ayaqlara yaxşı təsir edən təbii vasitələrin siyahısını təqdim edirik:

Aloe: Bu bitkinin şəfalı gücünü demək olar ki, hər bir xəstəlikdə görürük. Aloe bitkisinin yarpağını kəsdikdən sonra çıxan geli ayaqqabının vurduğu yerə çəkə bilərsiniz. Aloe anti-enflamatuvar təsir göstərir, qızartı və şişkinliyi azaldaraq yaraya yaxşı təsir edir, həmçinin yaranın sürətli yaxşılaşmasını təmin edir və dərini nəmlənir.
Alma sirkəsi: Ayaqqabı vurmasına yaxşı təsir edən digər bir möcüzəli vasitə alma sirkəsidir. Su yığılan yeri alma sirkəsinə batırılmış pambıqla silərək yaranın tez sağalmasına yardım edə bilərsiniz. Xüsusilə su qabarcığı partlayandan sonra bu kompress tətbiq olunanda infeksiyanın qarşısını alır. Bir az ağrı verəcəyi üçün o qabarcıq ətrafına yavaşca çəkin.
Qoltuqaltı sprey: Yeni aldığınız ayaqqabını geyməzdən əvvəl ayağınıza qoltuqaltı sprey sıxsanız, ayaqqabı ayağınızın ətrafında rahatca hərəkət etdiyi üçün su yığılmasının qarşısını alacaq.
Vazelin və ya nəmləndirici özəlliyə sahib olan krem: Tərkibində sink ehtiva edən yanıqlara və bişən yerləri tez sağaldan kremlər infeksiyaya yaxşı təsir göstərir və yara olan yumşaq toxumanı qurudaraq tez sağalmasını təmin etdiyi bildirilir. Yara olan nahiyəyə az miqdarda çəkib sınaqdan keçirə bilərsiniz.
Qara çay: Soyudulmuş qara çay paketlərini həmin bölgəyə qoyduqda şişkinliyi alır. Eyni şəkildə, yaşılı çay da sınaqdan keçirə bilərsiniz.
Diş məcunu: Sızanaqlarda istifadə olunan diş məcunu ayaqqabının vurduğu yerə də yaxşı təsir edə bilər.

Yumurta: Bu qidanın ayaqqabı döyən yerə yaxşı təsir etdiyi söylənilir. İncə bir təbəqə halında çəkərək ayaqqabının vurduğu yaralardan xilas ola bilərsiniz.
Çay ağacı məhsulları: Çay ağacı bitkisindən əldə edilən məhsulların antibakterial xüsusiyyətə malik olduğu məlumdur. Bu xüsusiyyəti sayəsində o bir çox işə yarayır. Ancaq kiçik bir bölgədə yoxlamaqda fayda var. Çünki bəzi insanlarda qaşınmaya səbəb ola bilər.



4818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___