Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ronaldoya qarşı oynamaq ən böyük arzumdur” - Millimizin yarımmüdafiəçisi
Tarix: 26-03-2017 | Saat: 13:43
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

“Ronaldoya qarşı oynamaq ən böyük arzumdur” - Millimizin yarımmüdafiəçisi



Millimizin və "Boavişta"nın futbolçusu Emin Mahmudov müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Azərbaycan millisindəki ilk oyununuzu necə xatırlayırsız?

- Debüt matçım ötən il San Marino ilə qarşılaşmaya təsadüf edib. Əvvəllər Rusiya millisinin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.

- Milli komandanı dəyişməyinə nə səbəb oldu?

- Rusiyanın U-15 millisindən başlayaraq 21 yaşadək yığmalarında çıxış etmişəm. Ancaq sonradan Azərbaycan millisindən gələn təklifi qəbul etdim. Burada artıq 3 oyuna çıxmışam.

- Uyğunlaşmaqda problem olmadı?

- Hər hansı bir problem olmadı. Qısa zamanda uyğunlaşa bildim. Düzü, Rusiyada da çıxış etmək mənə rahat idi. Ancaq indi də hər şey qaydasındadır. Azərbaycan millisində özümü rahat hiss edirəm. Baş məşqçimiz texnikalı futbola üstünlük verir. Bu da mənə uyğundur.

- Bəs, Almaniya ilə oyundan nə gözləyirsiz?

- Bizi çətin oyun gözləyir. Almanlar dünyanın ən güclüsüdür. Bunu heyətlərinə baxarkən də bilmək mümkündür. Buna görə də üzərimizdə təzyiq yoxdur. Belə olan halda hər şey edə bilərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Zamanla inkişaf edirik. Bunun üçün səbirli olmaq lazımdır.

- Ən böyük arzun nədir?

- Milli komanda ilə Avropa və dünya çempionatının final mərhələsində çıxış etmək.

- Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?

- Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən və hazırkı səviyyəsinə layiq olan bir futbolçudu. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridir.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___