Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ
Tarix: 26-03-2017 | Saat: 13:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ


Martın 27-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. "Xəbəraz.az " Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah yarımadada havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında da martın 27-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___