Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"N brothers"in üzvünün atası anasını və xalası qızını öldürdü - Dəhşətli qətl - YENİLƏNİB
Tarix: 25-03-2017 | Saat: 20:31
Bölmə:Karusel / Hadisə | çapa göndər

"N brothers"in üzvünün atası anasını və xalası qızını öldürdü - Dəhşətli qətl - YENİLƏNİB


13:20

Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.

Abşeron Rayon Polis İdarəsindən salamnews-a verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron Rayon Prokurorıuğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.

Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu "N brothers" musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.



----------

09:59

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q.Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Xəbəri paylaş

1 0488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___