Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Zara"nın varisi kim olacaq? - FOTO
Tarix: 25-03-2017 | Saat: 14:44
Bölmə:Karusel / Maraqlı | çapa göndər

"Zara"nın varisi kim olacaq? - FOTO

Dünyanın ən zəngin iş adamlarından biri, 71,3 milyard dollarlıq varidata malik Amansio Orteqanın varisi kim olacaq?

Sual hələlik cavabsızdır.
"İnditex" korporasiyasının sahibi olan 80 yaşlı ispan milyarderin dünyasını dəyişərsə, onun varidatının və əmlakının iki potensial varisi var.

Onlar milyarderin qızları Sandra və Martadır.

Amansio Orteqanın 1986-cı ildə boşadığı arvadı Rosaliya Meradan 48 yaşlı Sandra adlı qızı və 45 yaşlı Markos adlı oğlu var. Markos anadangəlmə serebral iflic xəstəsidir.

Milyarderin ikinci arvadı Flora Peresdən olan 33 yaşlı Marta adlı qızı isə 2012-ci ildə ispan çapar Serhil Alvares Moyyaya ərə gedib.

Həddən ziyadə sadə həyat tərzinə malik Amansio Orteqa İspaniyanın La Korunya şəhərində adi evlərdən birində yaşayır.

Orteqanı küçədə görənlər onu sıradan bir ispan təqaüdçü sayırlar.

Sandra Orteqa İspaniyanın ən varlı qadını sayılsa da, mediaya qapalı insandır. O, "İnditex" korporasiyasında 7 faizlik paya malikdir.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
7-05-2018, 20:46 Depressiyanı tanıyın
10-09-2016, 14:58 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___