Doğmalarımızı kəndirdən necə qoruyaq?
Tarix: 23-03-2017 | Saat: 23:39
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Nərmin Dadaşova
Çoxdandır özümü yorğun hiss edirdim. Elə bilirdim məni səhərlər tez oyanmaq, uşaqların altını-üstünə çevirdikləri, heç cür əlini-ayağını bir araya toplaya bilmədiyim iki göz otağı səhər axşam yığışdırmaq, nifrət elədiyim o yağlı qabları yuduqca yumaq, yemək bişirə-bişirə saçlarımı iyləmək, avtobus yolu gözləmək, metroda iki nəfər arasında preslənmək yorur.
Bütün bunlardan başımı götürüb böyüdüyüm, bütün sadaladığım qayğıları çəkmədiyim evə-rayona gəldim. Gələn gündən özümə gündəmi izləməyi qadağan etdim. Əlimi ağdan qaraya vurmadım. Yata bildikcə yatdım. Heç nə dəyişmədi, oxucu dost. Yenə qorxulu yuxular görürəm, yenə üzümdə qarışqalar gəzir, yenə qonşu otaqdan gələn televizor səsindən havalanıram, başımın sol yanındakı ağrıda döyünür ürəyim.
Ayın on səkkizindən bəri olan xəbərlərə baxıram: Gəncəcik qızının intiharında özünü günahkar bilən ata canına qəsd edib, 2 gün əvvəl Xaçmazda bir nəfər bıçaqla özünə xəsarət yetirib, anasını baltalayan 24 yaşlı gənc özünü körpüdən atıb. Bu gün isə bacı-qardaş əl-ələ verib Xəzərə tullanıb. Mövlud, sənmi açdın bu qədər adamın gözünü? Sənmi verdin onlara bu cəsarəti? Yoxsa səndən sonra biz həssaslaşdıq intiharlara, daha çox batır gözümüzə, daha çox toxunur əsəblərimizə?
Necə alaq qarşısını bu intihar bumunun? Necə qoruyaq doğmalarımızı kəndirdən, yüksəklikdən? Çıxış yolu tapmaq lazımdır, oxucu dost. Daha bir dost itkisinə dözümüm yox... Necə gözəl deyib Nazım, “ben yapmazsam, sen yapmazsan, biz yapmazsak nasıl çıkarız karanlıkdan aydınlığa?”
Özümlə tək qaldığım bu bir-neçə gündə tanıdığım bütün adamlar haqqında tək-tək düşündüm. Hansına səbəbsiz zəng vurmusan, Nərmin, dedim özümə. Kimə xatırlatmısan ki, onun yanındasan? Kimi inandırmısan ki, o ölsə çox üzüləcəksən? Kimə bir dəstə nərgiz almısan? – Heç kimə. Ancaq ötən həftə bir rəfiqəm mənə 2 dəmət çiçək hədiyyə etdi. “Əslində birini özümə almışdım, amma al, ikisi də sənin olsun”, dedi. Ürəyim dağ oldu, oxucu dost. Məsələn o ikinci dəstə çiçək ölümümü bir il gecikdirdi mənim, əminəm...
Yol üçün tələmtələsik kitab götürdüm rəfdən. Maşında seçdiyim kitabı görəndə bədənimdən üşütmə keçdi. Osho-nun Duyğular kitabını hansısa qüvvə mənə tərəf itələmişdi. Kitabı araladığım yerdə yazılırdı
“...həyata sahib ola bilməzsən
Onu ovucunda saxlaya bilməzsən
Ona sahib olmaq istəsən, əllərini açıq tutmağa məcbursan”
P.S: Məni dinlədiyin üçün sağ ol, oxucu dost. Eyni həssaslıqa, eyni səssizliklə mən də səni dinləməyə hazıram. Yaşamağa davam!
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

14-07-2016, 17:24
"Odnoklassniki" öz messencerini istifadəyə verməyə hazırlaşır
27-10-2022, 11:20
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
27-04-2017, 18:46
Bakıda qısamüddətli görüşlər üçün "Tanışlıq Klubu" yaradıldı
29-06-2015, 22:48
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının iclası 2016-cı ildə Bakıda keçiriləcək
21-04-2016, 17:17
Planşeti uşaqdan almaq üçün 6 səbəb
13-10-2016, 13:16
Bəzi yerlərə leysan düşdü - Faktiki hava
30-07-2017, 16:31
Türkiyədə gecə klublarına silahlı hücum - 1 ölü, 4 yaralı
8-02-2018, 12:34
Anarın makiyaj etdiyi üzü yanan qadına xarici həkimlərdən təklif