Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
8 nəfər öldü, 60 nəfər isə... - “Bayram” qəzalarında
Tarix: 23-03-2017 | Saat: 12:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

8 nəfər öldü, 60 nəfər isə... - “Bayram” qəzalarında

Bayram günlərində ölkədə baş vermiş yol qəzalarının statistikası açıqlanıb.

"Xəbəraz.az "lent.az-a istinadən xəbər verir ki, martın 22-də ölkə yollarında baş vermiş 9 yol qəzası 4 nəfərin ölümünə, 17 nəfərin isə yaralanmasına səbəb olub. Bərdədə iki avtomobilin toqquşması 2 nəfərin ölümü, daha 4 nəfərin xəsarət almasına, Cəlilabaddakı toqquşma isə 2 nəfərin ölümünə və 6 nəfərin yaralanmasına səbəb olub.

Bundan başqa, martın 21-də ölkə yollarında 9 yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb. Martın 20-də isə baş vermiş 9 yol qəzası 2 nəfərin həyatını itirməsi, 12 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Martın 19-da baş vermiş 13 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə son 4 gündə ölkə yollarında baş vermiş qəzalar 8 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasına səbəb olub.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___