Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Petrosyan bloku sülh şüarıyla küçələrə çıxdı - Foto
Tarix: 19-03-2017 | Saat: 19:26
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Petrosyan bloku sülh şüarıyla küçələrə çıxdı - Foto
Seçkiqabağı gərgin situasiyanın hökm sürdüyü Ermənistanda hazırda yürüş-mitinq keçirilir.

Musavat.com-un verdiyi xəbərə görə, paytaxt İrəvanın Açanyak rayonunda keçirilən aksiyanın təşkilatçısı hakim partiyanın əsas rəqiblərindən olan Erməni Milli Konqresi Blokudur. Nümayişçilər əllərində blokun namizədlərindən olan "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryanın şəkillərini qaldırıb keçələr boyu irəliləyir.

Həmçinin onlar ətrafdakı vətəndaşlara vərəqələr paylayırlar. Təbliğat-təşviqat vərəqələrində ölkə əhalisinə sülhə səs verməyə yönəlik çağırışlar əksini tapıb. Qeyd edək ki, Erməni Milli Konqresinin sədri, eks-prezident Levon Ter-Petrosyan Serj Sərksiyan hakimiyyətini Azərbaycanla sülh bağlamağa çağırıb. O hesab edir ki, əks təqdirdə sonra gec olacaq.

Erməni xalqı da özgə torpağındakı itkilərdən cana doyduğu üçün sülh mesajlı seçki bloklarına daha çox etimad göstərir. Hətta sabiq müdafiə naziri Seyran Ohanyan da əhalinin müharibədən yorulduğunu anlayaraq, həmfikiləri ilə birgə yaratdığı seçki blokunun əsas şüarlarından biri olaraq sülhü seçib. Şübhə yoxdur ki, L.Ter-Petrosyanın təsis etdiyi blokunun bugünkü aksiyasının kütləviliyində də Qarabağda sülh mesajı mühüm rol oynayıb.

Məlumata görə, yürüş iştirakçıları arasında eks-prezident özü görünməsə də, blokun Açapnyak-Arabkir-Davidaşen bölgəsindən olan namizədləri deputat Aram Manukyan, L.Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan, iqtisadçı Zoya Tadevosyan iştirak edir. "Ermənistan" tibb mərkəzinin direktoru Qriqor Qriqoryan iş yerində olduğu üçün aksiyaya qatıla bilməyib.

Petrosyan bloku sülh şüarıyla küçələrə çıxdı - Foto
Petrosyan bloku sülh şüarıyla küçələrə çıxdı - Foto
Petrosyan bloku sülh şüarıyla küçələrə çıxdı - Foto


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___