Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
Tarix: 18-03-2017 | Saat: 10:01
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Mədəniyyət və incəsənət ixtisasları qrupuna “İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)”, “Xanəndəlik”, “ Vokal ifaçılığı (sahələr üzrə)”, “Aşıq sənəti”, Dirijorluq (növlər üzrə)”, “Bəstəkarlıq”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)”, “Aktyor sənəti (sahələr üzrə)”, “Dekorativ sənət (sahələr üzrə)”, “Rejissorluq (sahələr üzrə)”, “Operator sənəti (sahələr üzrə)”, “Rəngkarlıq (sahələr üzrə)” , “Qrafika (sahələr üzrə)”, “Heykəltəraşlıq” və “Dizayn (sahələr üzrə)”ixtisasları əlavə edilib. Texniki və texnoloji ixtisaslar qrupuna isə neft-qaz mühəndisliyi üzrə “Yatağın qiymətləndirilməsi və idarə olunması”, kimya mühəndisliyi üzrə “Neft və qaz texnologiyası” ixtisasları əlavə edilib.

Beləliklə, ali təhsilin magistratura səviyyəsi üzrə mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb. İndiyə qədər bu qrup üzrə ali təhsilin magistratura səviyyəsində cəmi 46 ixtisas olub. Dəyişikliyə əsasən bu qrupp üzrə 18 yeni ixtisas yaradılıb.


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
13-07-2016, 00:34 Obama: "ABŞ-da həyat..."

bütün xəbərlər
____ Instagram ___