Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu əməliyyatlar vergidən azad olunsun – Millət vəkili
Tarix: 17-03-2017 | Saat: 23:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu əməliyyatlar vergidən azad olunsun – Millət vəkili

Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı orqan köçürülməsi əməliyyatları da müzakirə edilib.

Millət vəkili Qənirə Paşayeva qaraciyər, böyrək və s daxil olmaqla, orqan köçürülməsi əməliyyatlarının dünyanın hər yerində olduğu kimi, bizdə də baha olduğunu xatırladıb. Bildirib ki, icbari tibbi sığortanın pilot şəklində tətbiqinə hələ indi başlanıldığını nəzərə alaraq, orqan köçürülməsi əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müsbət addım olardı:
“Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstəkdir”.

Qənirə Paşayeva müvafiq qurumların bu məsələyə həssas yanaşacağına inandığını da deyib.


Xəbəri paylaş

8538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___