Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO
Tarix: 17-03-2017 | Saat: 19:40
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Martın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.
Sonra Qusar rayon mərkəzləşdirilmiş kitabxanası qarşısında Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Çingiz dastanı" kitabının təqdimatı olub.
Mərasimdə çıxış edən Müdafiə naziri Zakir Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Qəhrəmanın atası Salman Qurbanov və digərləri Çingiz Qurbanova, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.
Kitabın ilk nüsxəsi Milli Qəhrəmanımızın atası S.Qurbanova təqdim olunub. Bundan əlavə, kitabın nüsxələri Qusar rayonunun bütün orta məktəblərinə və kənd kitabxanalarına da hədiyyə edilib.
Sonra Qusar rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəmanımız Çingiz Qurbanovun 40 mərasimi keçirilib.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

9-01-2016, 17:57
“Qızıl Məryəm”in bacısı da həbs edildi - İLGİNC FAKTLAR
27-06-2023, 14:11
“Tam səmimi ancaq hamamda ola bilərik” - Nura Suri - FOTO
19-09-2017, 09:13
XANIMLAR, DİQQƏT: Təmizlik vasitələri xərçəng yaradır
25-06-2022, 11:08
Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək
18-02-2017, 11:22
Prezidenti tanımadılar... - Münxendəki konfransda qəribə hadisə
27-09-2021, 15:55
Bakıda məktəbin qarşısında polisə tabe olmayan şəxs həbs edildi
7-05-2016, 11:09
General medianın rolunu əvəzsiz saydı
16-03-2019, 04:04
Yeni Zelandiya faciədən sonra dəyişikliyə əl atdı
25-03-2015, 18:57
Kaxa Kaladze: Bakı-Tbilisi-Qars çox böyük və vacib bir layihədir