Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO
Tarix: 16-03-2017 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO


Gənc yazar Mövlud Mövludun intiharının bəzi təfərrüatları məlum olub.

"Xəbəraz.az " musavat.com-a istinadən xəbər verir ki, gənc yazar bir müddət imiş ki, ailədaxili problemlərlə bağlı stress keçirirmiş.

Bir uşaq atası olan gənc yazar intihar etmədən bir müddət əvvəl 2 həftə nevroloji dispanserdə müalicə də alıb. Psixoloji sarsıntı keçirən M.Mövlud ətrafında olan bəzi dostlarına intihar edəcəyini deyirmiş. Lakin onu optimist biri kimi tanıyan dostları gənc yazarın belə bir addım atacağına inanmayıblar.

Mövlud Mövlud Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən özünü atıb.

Bu bina Mövludun kirayədə yaşadığı evin yaxınlığında yerləşir. Axşam saatlarında qeyd edilən ünvana gələn gənc yazar intihar edib.

1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun həyat yoldaşı da gənc yazar Sevinc Fədaidir.

Xatırladaq ki, gənc ailə 2015-ci ildə Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğında zərər çəkmişdilər. Sevinc Fədai 40 günlük körpəsi ilə yanan binadan sonuncu çıxarılan sakinlərdən olmuşdu.

Hazırda gənc yazaran cənazəsi Qazaxdakı ata evinə aparılır.

Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO
Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO
Mövludun intiharının bəzi TƏFƏRRÜATLARI məlum oldu - FOTO


Xəbəri paylaş

1 3638 dəfə oxunub.

Digər xəbərlər
10-09-2019, 00:40 Bu gün Aşuradır

bütün xəbərlər
____ Instagram ___