Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Plov festivalı keçirildi - Fotolar
Tarix: 15-03-2017 | Saat: 18:35
Bölmə:Karusel / Hadisə / Maraqlı / Fotogalereya | çapa göndər

Plov festivalı keçirildi - Fotolar

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində ikinci Plov festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan mətbəxini təbliğ etmək, tələbələrə xalqımızın milli mətbəx nümunələrinin hazırlanma qaydalarını, mətbəx mədəniyyətini və süfrə etikasını öyrətməkdən ibarətdir.

İştirakçılar əvvəlcə sərgilənən plov və digər mətbəx nümunələri ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə festivalların keçirilməsinin əlamətdar hadisə olmaqla yanaşı, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanma qaydalarının nümayişi, xalqımızın qədim adət-ənənəsinin təbliği baxımdan vacib olduğunu vurğulayıb: “Süfrə mədəniyyətimiz xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə müxtəlif mətbəx nümunələrinə həsr olunmuş festivalların keçirilməsi artıq ənənə halını alıb. Bakı ilə yanaşı, regionlarda da müxtəlif mətbəx festivalları və məhsul bayramları keçirilir. Azərbaycanda turizmin inkişafı üçün əsas vacib olan amillərdən biri də bizim milli mətbəximizdir. Milli mətbəximiz xalqımızın adət-ənənəsinin qorunmasında, təbliğində, eləcə də turizm məhsulu kimi tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf proqramları çərçivəsində Azərbaycan mətbəxinin təbliğinə xüsusi diqqət yetirilməlidir. Belə festivallar qapalı məkanlardan açıq havaya çıxmalı, turistlərin sıx olduğu yerlərdə təşkil olunmalıdır”.

Əbülfəs Qarayev belə festivalların ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, yarışlar müddətində, eləcə də “shopping festival” (ticarət festivalları) zamanı keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.

Əbülfəs Qarayev aprel-may aylarında ölkəmizdə ilk dəfə olaraq keçiriləcək ticarət festivalının da əhəmiyyətindən də danışdı. Bildirdi ki, burada təkcə endirimli qiymətə alış-veriş edilməsi nəzərdə tutulmur. Ticarət festivallarının keçirilməsi həmçinin ölkəmizin mədəni həyatının, tarixi abidələrinin, mətbəx nümunələrinin və xalqımıza məxsus digər mədəni irs örnəklərinin təbliği istiqamətində də mühüm tədbir kimi yadda qalacaq.

Plov festivalı keçirildi - Fotolar
Plov festivalı keçirildi - Fotolar
Plov festivalı keçirildi - Fotolar



4518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___