Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Onlara uduzmaq da şərəfdir” - Rövnəq Abdullayev
Tarix: 15-03-2017 | Saat: 13:24
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

“Onlara uduzmaq da şərəfdir” - Rövnəq Abdullayev


AFFA prezidenti Rövnəq Abdullayev qurumun növbәti hesabat seçki konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. Həmin sual – cavabı təqdim edirik:

- UEFA-da böyük bir qurum yaradılıb və bütün oyunlar izlənilir. Qisa zaman kəsiyində danışımış oyunlardakı şübhəli məqamlar dərhal bizə göndərilir. Söhbət ancaq I Divizion qarşılaşmalarından gedir. Bütün epizodlar izlənilib, ya bu gün, ya sabah İntizam Komitəsi radikal qərar qəbul edəcək. Bu, cinayətdi və biz danışılmış oyunları həyata keçirənləri cinayət əsuliyyətinə cəlb etdirəcəyik. Əks halda, futbol biabırçılığa çevrilə bilər. Epizodlara baxdıqda, mənə çox pis təsir etdi. Aşağı yaş qrupları üzrə baş məşqçilər təsdiq olundu. Bununla yanaşı, futzal yığmamıza da Biro Jade müvəqqəti olaraq, baş məşqçi təyin edildi. İslam oyunlarında U-23 yığmamıza Yaşar Vahabzadə təyin edildi. “İnter”lə bağlı da qərar qəbul olundu və mövsümün sonunadək öhdəlikləri yerinə yetirəcəyik. Azərbaycan futbolunda xidmətləri olan futbol adamlarına ayrılan təqaüd ənənəsini davam etdirəcəyik. Bu gün də bir neçə tanınmış futbolçunun adı da bu siyahıya salındı.

- Gəncə stadionunun durumu olduqca pis vəziyyətdədi. Eşitdiyimizə görə, AFFA yayda stadionu təmir etdirəcək. Belədirsə, Müşahidə Şurası nəyə lazımdı?

- Müşahidə Şurası maliyyə ayırmaq üçün yaradılmayıb. Biz şəffaflığı qorumaq üçün bu addımı atmışıq. O ki qaldı Gəncə stadionuna, bəli, örtük dəyişdiriləcək. Tək Gəncədə deyil, 10-12 stadionda bu addımı atmağı planlaşdırırıq.

- Ötən il Media Komitəsi yaradıldı. Bir il ərzində Media Komitəsinin gördüyü işi necə qiymətləndirirsisiniz? Eyni zamanda, qurumun gələcəyi barədə nə deyə bilərsiniz?

- Bu suala Elxan Məmmədov cavab versin.

- E.M. Media Komitəsinin fəaliyyəti yüksək qiymətləndirildi. Fikrimiz budu ki, Media Komitəsi fəaliyyətini davam etdirməlidir. Növbəti seçkilər eyni qaydada keçiriləcək.

- R.A. Hakimlər üçün təlim-məşq toplanışı keçirilir. Düşünürəm ki, effekt verir. Təklif edərdim ki, jurnalistləri də ölkə xaricinə aparıb, treninqlər keçirilsin.

- Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə seçilsə, AFFA-dakı fəaliyyəti necə olacaq?

- UEFA-da ictimai əsaslarla çalışacaq. Burdakı işini davam etdirəcək.

- Ötən konfrasda qeyd etdiniz ki, növbəti çempionatda daha çox komanda iştirak edəcək. Komandaların əksəriyyəti də AFFA tərəfindən maliyyələşir. Artım üçün yeni-yeni komandaların AFFA tərəfindən maliyyələşməsi mümkündürmü?

- Klubların tələblərə cavab verməsi yönündə işlər gedir. UEFA-nın qoyduğu tələblərə cavab vermələri üçün çalışırıq.

- Məlum olduğu kimi, futbol və cüdo federasiyalarına rəhbərlik edirsiniz. Hansı üzünüzü daha çox ağardır?

- Futbolu çox sevirəm. Həm futbol, həm də cüdo üzümü ağardır. Məğlubiyyətlər də olur. Ancaq bu, o demək deyil ki, həmin idmandan küsməliyik.

- “CBC Sport” kanalının maliyyə sıxıntaları barədə məlumat verməyinizi xahiş edərdik.

- Hər şey qaydasındadır. Kanalın rəhbəri burdaydı, özündən də soruşa bilərdiniz. İzləyirəm, siz – jurnalistlərə də kifayət qədər yer verirlər.

- Almaniya ilə daha öncə də qarşılaşmışıq. O vaxt Berti Foqts, indi Robert Prosineçki. Hansı milliyə inamınız daha çoxdur?

- Almaniya – bir maşındı. Onlara uduzmaq da şərəfdir. Əsas odu ki, mübarizə aparasan. İnanıram ki, futbolçularımız da öz mübariz keyfiyyətlərini nümayiş etdirəcəklər.



4908 dəfə oxunub.

Digər xəbərlər
15-06-2015, 18:12 150 uşaq anası öldü
24-08-2017, 09:46 Qarabağ tarix yazdı!

bütün xəbərlər
____ Instagram ___