Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyandan yeni ultimativ bəyanat: "ƏGƏR MÜHARİBƏ BAŞLAYACAQSA, ONDA..."
Tarix: 14-03-2017 | Saat: 22:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sarkisyandan yeni ultimativ bəyanat: "ƏGƏR MÜHARİBƏ BAŞLAYACAQSA, ONDA..."

Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.

"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və Yerevan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı rəvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə".

Ermənistan prezidenti Serj Sarkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib.

"Xəbəraz.az " virtualaz.org-a istinadən bildirir ki, S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin.

S.Sarkisyan, həmçinin Yerevanın qondarma "DQR"in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, bugünkü şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir".

Ancaq o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq", - deyə Sarkisyan vurğulayıb.

Sarkisyan onu da bildirib ki, yaxın gələcəkdə irimiqyaslı döyüş hərəkətləri çətin baş versin, ancaq onlara həmişə hazır olmaq lazımdır.


Xəbəri paylaş

1 0218 dəfə oxunub.

Digər xəbərlər
3-04-2017, 19:16 Neymar 100-ə çatdı
22-10-2017, 11:48 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___