Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib
Tarix: 14-03-2017 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü - İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib.
"Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər.
Bununla əlaqədar internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar ediliblər", - deyə məlumatda qeyd olunur.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

2-07-2015, 18:13
VİDEO: İldırım adamı belə vurdu
27-11-2016, 14:18
Çobanlıq edən qadının ACI HEKAYƏTİ – “Qoyun qədər qiymətim olmayıb”
10-05-2016, 04:51
2009-cu ildən Şimali Koreyaya girə bilmirik - MAQATE
6-06-2017, 13:41
Bakıda qadınları qorxuya salan şəxsin FOTOSU
30-08-2016, 00:05
Günü sabah başlaya biləcək 10 dəhşətli dəhşətli müharibə
3-03-2022, 11:49
Azərbaycanda polis mayoru qəzada öldü - FOTO
10-10-2015, 17:09
Azərbaycanda problemli kreditlərin artımı davam edir
29-04-2016, 21:08
Bakı küçələrində gəzən ayı belə tutuldu - VİDEO
16-03-2022, 09:11
"Qadın nə qədər qapalı geyinirsə, bir o qədər cazibədar görünür"
15-05-2021, 02:57
Türkiyəli aktyor xərçəngdən vəfat etdi