Paytaxtımızda “İlaxır çərşənbə” qeyd olunur - fotolar
Tarix: 14-03-2017 | Saat: 14:41
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər
Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.
"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti “İlaxır çərşənbə”ni təntənəli şəkildə qeyd edir. Belə ki, martın 14-də səhər metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət etməklə Heydər Əliyev prospektinə çıxıb və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə Suraxanı “Atəşgahı”na yola düşüb.
“Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

25-10-2016, 15:47
Azərbaycanda telefonla internetə girənlərin balansı oğurlanır - VİDEO
12-06-2015, 12:59
Dollarda növbəti bahalaşma (CƏDVƏL)
18-04-2015, 19:15
Sabir Rüstəmxanlı həmsədr seçildi
23-06-2021, 16:10
Xumar Qədimova: “Bu futbolçunun adı çox erotik səslənir”
24-09-2022, 10:18
Şəhid anası: Oğlu olacağını bilmədən öldü - VİDEO
28-04-2018, 14:14
Günay silikonlarını yenilədi - FOTOLAR
25-11-2016, 11:04
Azərbaycan efirində söyüşlü dava - Bu dəfə qızla oğlan arasında + Video
23-01-2017, 15:54
Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxıldı: biri öldü
2-03-2023, 10:17
Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
30-09-2016, 22:39
Səhiyyə xərcləri üçün - 775,8 milyon ayrılıb