Toy günü qohumunu öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Tarix: 12-03-2017 | Saat: 18:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Martın 12-nə keçən gecə Goranboy rayonunun Qaraçinar kəndində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Kəlbəcər rayonundan məcburi köçkün olan 46 yaşlı Natiq Qafarov həmkəndlisi, 51 yaşlı Mübariz Məmmədovu öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.
Bildirilir ki, Kəlbəcər rayonunda qonşuluqda yaşayan şəxslər məcburi köçkün həyatı zamanı da qonşuluqda yaşamalı olublar və onlar uzaq qohum olublar. Dünən gecə saat 23:30 radələrində M.Məmmədov qonşusunun evinə gəlib. Bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə vaxtı N.Qafarov sobanın üzərindəki kərpiclə evinə gələn şəxsin başına zərbələr endirərək onu öldürüb.
M.Məmmədovun qonşusunun evinə niyə gəlməsi, onlar arasında münaqişənin hansı səbəbdən baş verməsi araşdırılır.
Bu arada o da məlum olub ki, hadisə vaxtı N.Qafarovun ailə üzvləri Göygöldə olub. Bu gün onun nəvəsinin kiçik toy məclisi olacaqmış və həyat yoldaşı bir neçə gün əvvəldən qızının Göygöldəki evinə gedib. N.Qafarov da bu gün ora getməli imiş.
N.Qafarov hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Xəbəri paylaş
7668 dəfə oxunub.
Digər xəbərlər

27-11-2017, 16:48
Prezident onları TƏLTİF ETDİ - SİYAHI
29-05-2021, 10:27
Bakıda kişi dayanacaqda dayanan qadına HÜCUM ETDİ
14-11-2016, 18:52
İstanbulda ikinci partlayış: 10 yaralı
22-11-2015, 13:49
Əhalinin ödəyə bilmədiyi kreditlər silinməlidir - Deputat
6-07-2018, 11:27
Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür - XİN bəyanat yaydı
25-01-2019, 08:25
İsveçdə Azərbaycan dili dərsləri başladı
10-04-2021, 14:24
Salyanda “Mitsubishi” piyadanı vuraraq ÖLDÜRDÜ