Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu qidalar damar tıxanmasının qarşısını alır - SİYAHI
Tarix: 10-03-2017 | Saat: 19:55
Bölmə:Karusel / Səhiyyə / Maraqlı | çapa göndər

Bu qidalar damar tıxanmasının qarşısını alır - SİYAHI


Damar tıxanması ucbatından hər gün insanlar həyatını itirir. Mütəxəssislər bildirir ki, damar tıxanmasının qarşısını almaq üçün sağlam qidalanmaq vacibdir. Damar tıxanmasının qarşısını alan qidalarla tanış edirik.

Sarımsaq

Sarımsaq yemək damarları təbii üsullarla təmizləyir. Bu qida antioksidant baxımından zəngindir. Daim yedikdə qandakı xolesterol səviyyəsini nizamlayır, damarları genişləndirir, qan axımını artırır və arteriyaların sərtləşməsinin qarşısını alır. Ötən il aparılan araşdırmalar nəticəsində məlum olub ki, sarımsaq damarlarda yığıntıların meydana gəlməsinə mane olur. Hər səhər ac qarına 1-2 diş sarımsaq yeyin. Sarımsağı şorbalara, yeməklərə, salatlara da qatıb yeyə bilərsiniz.

Nar

Nar bədənin azot-oksid istehsalını fəaliyyətə gətirir. Bu isə damarların açıq qalmasını təmin edir. Damarlarda yarana biləcək tıxanmaların və qan laxtalanmasının qarşısını alır, qan təzyiqini də aşağı salır. Hər gün 1-2 dənə nar yeyin. Eyni zamanda, hər gün 1 stəkan təzə sıxılmış nar suyu içmək də məsləhətdir.

Yaşıl çay

Yaşıl çay damarları təmizləyən və sağlam saxlayan güclü antioksidanlar ehtiva edir. Damarlarda olan və infarktın qarşısını alan həssas endotel hüceyrələrinin sağlamlığı üçün də faydalıdır. Yaponiyada aparılan araşdırma nəticəsində məlum olub ki, yaşıl çay içənlərin ürək-damar xəstəliklərinə tutulma riski azalır. Ötən il aparılan başqa bir araşdırmada isə sübut edib ki, mədədə yaranan damar genişlənməsi yaşıl çay içənlərdə daha az müşahidə edilir. Gündə 2-3 stəkan yaşıl çay içdiyiniz təqdirdə damar tıxanıqlığını azalda bilərsiniz.

İspanaq

İspanaq azot-oksid baxımından olduqca zəngin bir qida qaynağıdır. Azot-oksid damar sıxılmalarının, damarda maddə və ya qan laxtalanması və yığılmasına mane olur, nəticədə iflic və infarkt riskini azaldır. A və C vitamini baxımından zəngin olan ispanaq pis xolesterolun damar divarlarına yapışması və damar tıxanmasının qarşısını alır. Tərkibindəki kalium və fol turşu sayəsində yüksək xolesterol və qan təzyiqinin də qarşısını alır.

Hər gün ispanaq yeyin. Salatlara çiy şəkildə əlavə edin.

Zərdəçal

Zərdəçalın (sarıkök) tərkibində iltihabın qarşısını alan və antioksidant xüsusiyyəti olan bir komponent var. Bu komponent ürək sağlamlığına faydalıdır. Zərdəçal damar tıxanmalarının qarşısını alaraq, ürək-damar sistemini qoruyur və pis xolesterol səviyyəsini azaldır. Bir stəkan ilıq südün içərisinə 1 çay qaşığı zərdəçal qarışdırıb gündə 1 və ya 2 dəfə için. Lakin zərdəçaldan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Avokado

Avokadoya qan, xolesterol səviyyəsini tənzimləyən faydalı yağlar və əhəmiyyətli qidalandırıcı maddələr daxildir. Tərkibindəki E vitamini sayəsində xolesterol oksidlənməsinin qarşısını alır və qan təzyiqini aşağı salan fosfor baxımından zəngin bir qidadır. Qidalanmanıza yarım avokado əlavə etməyə çalışın.

Brokoli

Brokoli ürək sağlamlığı üçün çox əhəmiyyətli bir qidadır. Damar iltihablarının qarşısını alır.
Kalsiumun damarlara zərər verməsinə mane olan K vitamini də brokolidə boldur. Brokolinin lifli quruluşu qan təzyiqini və xolesterol səviyyəsini azaldır. Gündə 1 stəkan brokoli yemək damar tıxanmalarının qarşısını alır.

Alma

Təmiz damarların sirri hər gün bir alma yeməkdədir. Alma pektin deyilən xüsusi bir lif ehtiva edir. Bu lif qan axımındakı pis xolesterol səviyyəsini azaldır. Almada olan kalium və maqnezium qan təzyiqini nizamlayır. Hər gün 1 alma yeyin. Hər istiqamətdə faydalanmaq üçün almanı qabığını soymadan yeyin.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___