Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan ilk qrupun Həccə gedəcəyi vaxt açıqlanıb
Tarix: 10-03-2017 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

Azərbaycandan ilk qrupun Həccə gedəcəyi vaxt açıqlanıb
Azərbaycanda Həcc ziyarətinə getmək üçün indiyədək 250 nəfər sənəd verib.

"Xəbəraz.az " xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

O deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: “Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər”.

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə, kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.

Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib.


Xəbəri paylaş

7948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___