Məlum qəzaya səbəb olan sürücünü hansı cəza gözləyir? - HƏR ÖLÜMƏ GÖRƏ 2 İL...
Tarix: 10-03-2017 | Saat: 14:33
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olan sürücü Namiq Hüseynova Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Cinayət Məcəlləsinin bu maddəsinə əsasən təqsirləndirilən şəxs 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilir.
Qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, ona verilən ittiham tövsif oluna bilər. Belə ki, sadaladığımız məsələlər və ya hansısa əlavə cinayət işi açıqlacağı təqdirdə Namiq Hüseynova verilən ittiham tövsif ediləcək. Bu zaman isə sürücünün cəzası 12 ilədək artırıla bilər.
Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu dünən saxlanılıb.
Onu da bildirək ki, dünən qəzada yaralanan tələbələrdən Lalə Nəsirzadənin də vəziyyəti çox ağırdır. Həkimlər onun yaşamaq şansını aşağı qiymətləndirir.
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

20-10-2015, 22:43
Narkotikə görə tutuldu, məhkəmə cəzasını iki dəfə azaltdı
27-10-2023, 20:12
Noyabrın bu günləri TƏHLÜKƏLİDİR - XƏBƏRDARLIQ
27-04-2016, 14:04
Şəhid talışların ruhuna
22-01-2018, 16:21
Bakıda dəhşətli YANĞIN- 2 yaşlı qız öldü
28-11-2016, 17:40
Bakı polisi saunalarda əməliyyat keçirdi: 10 nəfər saxlanıldı
4-03-2020, 17:16
Qubada itkin düşən azyaşlıdan XƏBƏR VAR
20-05-2015, 15:31
Üç yaşlı Fərəh torpağa əmanət olundu- Video
21-01-2016, 00:58
Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq
18-01-2019, 11:19
Son iki gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib
9-02-2016, 11:30
Qaçan sürücüyə cərimə yaza bilməyəcəklər - Yenilik