Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağıllı insanlar niyə daha çətin xoşbəxt olurlar?
Tarix: 09-03-2017 | Saat: 18:49
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Ağıllı insanlar niyə daha çətin xoşbəxt olurlar?

1) Onlar həddindən artıq çox analizin qurbanı olurlar.
Yüksək intellektli insanlar ətraflarında, həyatda baş verən hər şeyi davamlı analiz edirlər, insanların həqiqi motivlərini görə bilirlər, cavabı olmayan fəlsəfi mövzular, beynəlxalq məsələlər, həyati suallar onlara təsir edir. Bir çox məsələyə əhəmiyyət verməməklə, siz daha rahat və xoşbəxt ola bilərsiniz.
2) Onlar hər şeyin özlərinin ən yüksək standartlarında olmasını istəyirlər.
Onlar münasibətdə, karyerada və həyatda hər işdə öz gözləntilərindən bir az aşağı heç nə ilə qane olmurlar. Bu həyatın bir faktıdır ki, biz heç vaxt istədiyimiz hər şeyi əldə edə bilmərik. Ancaq bu praktik bilgi möhtəşəm nəzəri beyinləri olanlarda yoxdur. Onlar dünya ilə bağlı öz idealistik baxışlarını qoruyurlar və gözləntilərinin əksi olan reallıqlarla üzləşəndə, dərin üzüntüyə qərq olurlar.
3) Ağıllı insanlar özlərini çox mühakimə edirlər.
Xoşbəxt olmamağın səbəblərindən biri də özünü həddindən artıq sərt mühakimə etməkdir. Onların dərin düşünmə təbiətləri dərhal öz davranış və addımlarını ən yüksək standartlarla müqayisəyə sövq edir. Hətta istəmədən etsələr belə, bu tendensiya özlərini səbəbsiz qınamağa sövq edir. İllər əvvəl atılmış bir addım onların beynini məşğul edə və xatırlada bilər ki, onlar nəyisə necəsə düzgün etməmişdilər. Bundan sonra isə onlar çətinliklə günü gülər üzlə, gecəni rahat yataraq keçirə bilərlər. Günahkarlıq və narahatlıq onların beynini doldurur.
4) Onlar böyük şeylər hədəfləyirlər.
Ağıllı insanların IQ səvəyyəsi onlara daha böyük şeylər xəyal etmək gücü verir. Onlar həmişə böyük məqsədlər, mənalar, izlər axtarırlar. Onların bəziləri sıx təsəvvürlə həddindən artıq uzağa gedirlər və həyatlarındakı yaxşı şeylərdən zövq almaqda çətinlik çəkirlər. Adi şeylər onlar üçün sıxıcı gəlir.
5) Onları təqdir edəcək, yaxud mənalı söhbət edəcək adamlar azdır.
İnsanlar hamısı tam olaraq anlaşılmaq istəyir. Ancaq ağıllı insanlar onları anlayan insanları çətinliklə tapırlar. Bizi anlayan insan tapdıqda, həyatımızdakı stresin yarısı dayanır. Eyni düşüncələrə sahib insanlarla maraqlı və mənalı söhbət kimi heç nə rahatlaşdırmır. Bir çox ağıllı insan yanlış anlaşıldığını düşünür və özünü tənha hiss edir, çünki, heç kim onların gördükləri və analiz etdilərinin dərinliyini görə bilmir. Ağıllı insanlar sosiallaşdıqda yemək, hava, həftə sonu kimi planlardan danışmaq əvəzinə maraqlı mövzularda dərin söhbətlər etmək istəyirlər.
6) Ağıllı insanların psixoloji problemləri olur.
Bir çox tədqiqatlar yüksək intellektli insanlarla psixoloji problemlərin arasında bağlılıq tapıblar. Ola bilər ki, bu, möhtəşəm beynin yan təsirləridir. Elm bunu hələ tam araşdırmayıb. Bütün yüksək intellektli insanların psixoloji problemləri yoxdur. Ancaq hər şeyi dərindən düşünmək və analiz etmək, həyatının mənasını araşdırmaq depressiyaya salır və kədərləndirir. Heç bir əsaslı səbəb olmadan.(Bakhtiyar Hajiyev)


Xəbəri paylaş

1 2628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___