Oğurluqda təqsirləndirilən qadın təcridxanasında uşaq dünyaya gətirib
Tarix: 09-03-2017 | Saat: 13:50
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər.
Məhkəmə baxışı martın 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Xəbəri paylaş
7348 dəfə oxunub.
Digər xəbərlər

16-03-2015, 16:55
Yaddaşı implantasiya etdilər - İlk dəfə - VİDEO
15-03-2015, 11:29
İbrahim Tatlısəs ölüm ayağında
19-06-2018, 21:44
Sabah bu ərazilərdə su olmayacaq
20-03-2020, 22:08
Koronavirusla mübarizəyə xərclənəcək trilyonlar - SİYAHI
15-09-2015, 09:37
Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur
14-04-2016, 13:29
Sabiq məmurun qətlini sifariş edən qadının - Atası da tutuldu
26-08-2016, 15:13
Çörəyin içindən pas çıxdı - Nazirlik işə qarışdı - FOTO
17-11-2016, 13:36
Azərbaycanda ana 5 uşaq dünyaya gətirdi - Nadir hadisə
27-07-2023, 16:43
Bakıda gənc qadın küçədə zorla qaçırılıb? - Açıqlama - Video