Bayram günü hava necə olacaq?
Tarix: 07-03-2017 | Saat: 12:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 8-10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda çiskinli yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

30-06-2015, 12:18
Axtarışa verilən meyxanaçı Vahid Qədimin yeri bilindi
14-05-2019, 20:49
Sərt cəzalandırılacaqlar-BALIQÇILARIN NƏZƏRİNƏ
13-03-2019, 15:40
Damarları sağlam saxlayan məhsul
11-01-2018, 10:47
Prezident: Qəbələ və Qusara dəmir yolu xətləri çəkiləcək
4-11-2019, 13:11
Zaurun müğənniyə qarşı bu hərəkəti tənqid olundu - VİDEO
1-06-2016, 16:41
Türkiyədən Rusiyaya əks həmlə
30-11-2016, 19:24
İşdən çıxarılan yol polisinə vəzifə verildi
14-11-2015, 16:23
Milyarder Qarabağa pul ayırdı - 1 milyon
19-01-2016, 20:04
Fərizə və İlhamın gerçək həyat hekayəti FOTO VİDEO
17-04-2017, 10:59
Həkimlərin diplom və lisenziyaların soruşun-Həkim-Stomotoloq Rafiq İsmayılovdan sərt açıqlama