ATV-nin yayımı bərpa edildi - Yeniləndi
Tarix: 06-03-2017 | Saat: 20:53
Bölmə:Karusel / Hadisə | çapa göndər
“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb. Telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.
“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.
“Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.
Telekanaldan verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.
“Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, - deyə bildirilib.
O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.
“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.
ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Xəbəri paylaş
7868 dəfə oxunub.
Digər xəbərlər

25-10-2016, 16:14
Bakıda 4 maşın toqquşdu - Biri yol polisinə məxsudur - VİDEO
19-05-2016, 11:57
FSB məşhur türk siyasətçisini həbs etdi
16-02-2020, 18:17
Şamaxıda zəlzələ oldu
12-09-2021, 11:32
İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
8-07-2015, 15:41
Konsert yasa döndü - VİDEO
27-07-2015, 18:22
İmtahan nəticələri açıqlandı - YENİLƏNİB
4-05-2023, 09:34
Toydan qızı qaçırdılar: "Bir qız ağzımı tutdu, oğlan ayağıyla..." - Bərdədə şok olay
12-05-2022, 11:33
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralanan var
13-11-2017, 13:53
Şərq ulduz falına görə 2018 bu illərdə doğulanlar ÜÇÜN UĞURLU olacaq
31-05-2018, 11:51
Sabah bulvarda attraksionlar pulsuz olacaq