Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
120 adam hesabı ödəmədən restorandan qaçıb
Tarix: 03-03-2017 | Saat: 20:44
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

120 adam hesabı ödəmədən restorandan qaçıb
İspaniyada bir restoranda iki uşaq üçün təşkil edilən vaftiz yeməyinə qatılan 120 adam yeyib-içdikdən birlikdə izdiham yaradaraq hesabı ödəmədən qaçıb.

Yerli mətbuatdakı xəbərlərə görə, İspaniyanın Leon şəhərində 120 nəfərlik qrup bir otelin restoranında 2 uşağın vaftiz edilməsi münasibəti ilə məclis sifariş edib.

Bolqarıstan mənşəli olduqları bildirilən şəxslər yeməkdən sonra şirniyyat gələnə qədər normal davranıblar. Amma restoran işçiləri uşaqların adına hazırlanan tortu gətirmək üçün mətbəxə getdiyi zaman adamlar qaçıb aradan çıxıb. Onların 2 min avroluq hesabı ödəməmək üçün restorandan qaçdığı bildirilir.

Qaçan müştəriləri dayandırmağa cəhd etdiklərini deyən restoran administratoru deyib: “İşçilərimizin sayı çox deyil. Bu qrupun sifariş verdiyi məclis üçün əlavə işçi götürmüşdük, amma yenə də sayımız yetərli olmadığından, onları dayandıra bilmədik.”


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___