Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yığmamızın rəqibi baş məşqçisini itirə bilər
Tarix: 03-03-2017 | Saat: 16:31
Bölmə:Karusel / İdman | çapa göndər

Yığmamızın rəqibi baş məşqçisini itirə bilər

“Lester” Klaudio Ranyerinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir. "Xəbəraz.az " saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa təmsilçisinin siyahısına daha bir çalışdırıcının adı əlavə olunub.

Söhbət DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onildən gedir. “Lester” rəhbərliyi 47 yaşlı mütəxəssislə danışıqlara start verib. Ancaq tərəflər arasında hələlik konkret razılıq əldə edilməyib. Şimali İrlandiya yığmasının AÇ-2016-dakı uğurlu çıxışını nəzərə alan yerli assosiasiya Onilin komandanı mundiala daşıyacağına ümid edir.

Qeyd edək ki, Şimali İrlandiya seçmə mərhələnin 4 turundan sonra Azərbaycan millisi ilə eyni sayda – 7 xal toplayıb.


Xəbəri paylaş

5188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___