Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəstənin sağalması üçün hansı duaları oxumaq faydalıdır?
Tarix: 02-03-2017 | Saat: 22:34
Bölmə:Karusel / İbadət | çapa göndər

Xəstənin sağalması üçün hansı duaları oxumaq faydalıdır?


Bu barədə müxtəlif dualar vardır. Dua kitablarında hər bir xəstəliklə bağlı dualar, müalicə üsulları qeyd edilib. Amma bəzi dualar da var ki, bütün xəstəliklər, bəlalar, maddi və mənəvi sıxıntılar üçün yararlıdır. Bunların sırasında ilk növbədə ayətül-kürsi gəlir (Bəqərə surəsi, 255-257-ci ayələr). Fatihə surəsini xəstə üçün ardıcıl olaraq oxumaq da faydalıdır. İmam Cəfər Sadiq (ə) buyururdu ki, əgər Fatihə surəsini ölü adam üçün 70 dəfə oxuyandan sonra ölünün ruhu bədənə qayıtsa və dirilsə, təəccüblü olmaz.

"Xəbəraz.az " islam.az-a istinadən bildirir ki,Mübaliğə ilə buyurulmuş bu hədis Fatihə surəsinin hər bir xəstəliyi sağalda biləcəyinə inamı ifadə edir. "Məfatihül-cinan" kitabında yazılıb ki, hər kim sübh namazından sonra aşağıdakı duanı 40 dəfə oxuyub əlini ağrıyan yerinə sürtsə, Allah ona şəfa verər: "Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi rəbbil-aləmin. Həsbünallahü və niməl-vəkil. Təbarəkəllahü əhsənül-xaliqin. Və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim". Tərc.: "Rəhman və rəhim olan Allahın adı ilə. Aləmlərin rəbbi olan Allaha həmd olsun. Allah bizə bəsdir və O ən yaxşı vəkildir. Yaradanların ən yaxşısı olan Allah mübarəkdir. Uca və əzəmətli Allahdan savayı heç kimdə qüvvət və qüdrət yoxdur".


Xəbəri paylaş

3 3968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___