Sərhəddən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti gücləndirilir
Tarix: 28-02-2017 | Saat: 20:46
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Martın 1-dən etibarən "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli Fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək.
Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni, müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər.
Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılmış və bu dəyişiklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacaq.
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

14-02-2017, 13:59
Dövlət qulluğuna qəbul qaydaları hökumətə təqdim edilib
19-04-2015, 00:13
Rubl qalxmasa, erməni zavodları bağlanacaq
2-08-2018, 23:57
ABŞ yanlış qərardan dönməlidir - Arınç
16-06-2019, 18:42
Arvadını qısqanan ər onu bıçaqladı - Sumqayıtda DƏHŞƏT
15-01-2017, 16:00
Nazirlik məlumat yaydı: bu şəxslər yüksək məbləğdə cərimələnəcək - ADLAR
6-07-2016, 19:39
“Survivor”da oğurluq edib
19-06-2020, 16:36
Karantin qaydalarını pozan obyektlər - FOTOLAR
20-09-2017, 16:33
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
31-03-2017, 22:13
Dibçəkdə çiyələk yetişdirməyin YOLLARI-Video
20-04-2022, 10:46
Azərbaycanda sinif yoldaşını bıçaqlayan qızla bağlı YENİ FAKT - VİDEO