Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
17 aylıq xəstə körpəsini binadan atmaq istədi - FOTO
Tarix: 27-02-2017 | Saat: 18:46
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

17 aylıq xəstə körpəsini binadan atmaq istədi - FOTO


Uşağı Balcalı Xəstəxanasında müalicə alan bir şəxs "sistem"in (fizioloji məhlulun) yeridilməsinin dayandırılmasına hirslənib 17 aylıq xəstə körpəsiylə birlikdə binanın 7-ci mərtəbəsindəki eyvanına çıxaraq intihar edəcəyini deyib.

Ata həkim, tibb bacısı və polislərin 1 saatlıq səyləri nəticəsində güclə razı salınaraq fikrindən daşındırılıb.

Uşağın başında su toplandığına görə müalicə üçün ailəsi tez-tez Şanlıurfadan Balcalı Xəstəxanasına gəlməli olur. Səhər saatlarında tibb bacısı uşaq üçün "sistem"ə artıq gərək qalmadığını bildirərək onu çıxarıb. Uşağın atası tibb bacısından niyə bu addımı atdığını soruşub.

"Şanlıurfada xəstəxanada yatarkən "sistem"i çıxarmırdılar, indi siz niyə çıxardırsınız? Niyə oğlumu əməliyyat etmirsiniz?" - deyə sərt reaksiya göstərərək intihar qərarına gəlib.

Hadisə yerinə gələn polis körpəni atasından alsa da, kişi özünü öldürmək fikrində israrlı olub. Lakin danışıq sonrası fikrindən daşınan kişi binanın eyvanından aşağı enməyə razılıq verib.

17 aylıq xəstə körpəsini binadan atmaq istədi - FOTO


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___