"Atam mənə söz vermişdi ki, sağalacaq" - VİDEO
Tarix: 27-02-2017 | Saat: 18:38
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Təxminən bir neçə ay əvvəl onunla xəstəxanada görüşmüşdük. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var idi: "Vəziyyətim kritikdir, həkimlər də deyirlər ki, mütləq əməliyyat olunmalısan. Qaraciyər köçürülməlidir".
Sağlamlığına diqqət edəcəyinə söz vermişdi, ömür vəfa etmədi...
"Xəbəraz.az "apa.tv-ə istinadən xəbər verir ki, bu gün doğmaları, əzizləri və həmkarları Zabilli son mənzilə yola salmaq üçün toplaşmışdılar.
Mərhumun bibisi oğlu Rəşad Zabilin komadan ayılmadığını bildirib: "Ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib. Qəflətən vəziyyəti pisləşdi. Dərhal xəstəxanaya çatdırdıq. Heyf ki, yaşamadı. Səhiyyə Nazirliyi və xəstəxana heyəti əlindən gələn yardımı etmişdi. Komadan oyanmadı".
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. Jurnalistin 12 yaşlı oğlu Əli deyir ki, atası ona sağalacağını vəd edibmiş: "Dedi ki, mən indi yaxşılaşmışam, analizlərimi verməyə gedəcəm. Amma qaraciyəri ağrıyırdı".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də vida mərasiminə qatılanlar arasındaydı: "Azərbaycan jurnalistikasına böyük itkidir. Tanınmış və istedadlı jurnalist Zabil Müqabiloğlu biz tərk edib. Zabil mənimlə "525-ci qəzet"də, sonradan isə "Yeni Müsavat" qəzetində çalışıb. Avropa Şurasında səfərlərdə olanda Zabil də iclasları işıqlandırmaq üçün bizimlə gedərdi. AŞPA-nın iclaslarında iştirak edirdi. Azərbaycan dövlətçiliyinə xidmət eləyən yazılar yazırdı".
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da həmkarı ilə bağlı fikirlərini bölüşdü: "Zabil bizim hamımızın dəyərli dostumuz və qardaşımız olub. Onunla jurnalistikaya bir yerdə gəlmişik. Bu gündən sonra "Zabili qoruya bilmədik" təəssüfü ilə yaşayacağıq. Onu qorumaq üçün nə qədər səylər göstərdik, qoruya bilmədik".
Zabil Müqabiloğlu Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbristanlıqda valideynlərinin və qızının yanında dəfn olundu.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
1 0298 dəfə oxunub.
Digər xəbərlər

28-11-2022, 10:28
Bu ərazilərə qar yağacaq
22-02-2023, 15:00
"Tanış olanda mənim 48, onun 24 yaşı var idi" - Xalq artistinin qızı
9-05-2016, 18:59
Qadın pomidordan zəhərlənib öldü – AZƏRBAYCANDA
12-11-2016, 14:19
Trampa qarşı etirazlar səngimir: etirazçı güllələndi
26-02-2016, 17:32
Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşdi
18-12-2016, 16:49
Xərçəng hüceyrələrini öldürən təbii qarışıq
13-09-2016, 19:54
ŞOK KADRLAR: dilinin altından daş çıxdı - VİDEO
10-03-2017, 20:08
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
6-05-2017, 13:01
Əməliyyat masasında öldü - Fotolar
1-10-2017, 14:43
Azərbaycanda yeni Fond yaradılacaq