Bakıda qeysəriyyə əməliyyatı etdilər, həyatı məhv oldu - VİDEO
Tarix: 23-02-2017 | Saat: 20:39
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Hamiləlik boyu normal göstəricilər olsa da, doğuş vaxtı həkimlər gənc qadını qeysəriyyə əməliyyatına alıb.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki,Respublika Kliniki Xəstəxanasında baş verən hadisələr elə qeysəriyyə əməliyyatından sonra yaranıb. 3 gün sonra evə buraxılandan sonra üstü qızarmağa başlayan yara partlayıb.
Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.
Problemlər bununla da yekunlaşmayıb. 2-ci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ana, evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.
Bu xəstəxanaya etibarı qalmayan ailə, qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb. Qadının anası virusun qeysəriyyə əməliyyatında yoluxduğunu deyir. Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir. Məsələ ilə bağlı qalmaqalın mərkəzindəki həkim Pərvanə Hüseynova ilə əlaqə saxladıq. O, normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışıb.
Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının nadir xəstəliyi ilə əlaqələndirir.
Həkim xəstənin içində nəysə qalması və əməliyyatdan Hepatitin yoluxması iddialarını isə qəbul etmir. Onun sözlərinə görə, qadının öd kisəsində daşın olduğu əvvəldən məlum idi və sonradan sancılar verməsinin qeysəriyyə əməliyyatı ilə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq və qeyd olundu ki, xanımın problemi ilə şəxsən maraqlanacaqlar və məsələ araşdırılacaq.
Xəbəri paylaş
8668 dəfə oxunub.
Digər xəbərlər

28-03-2017, 11:13
ŞOK - Elşadla Oksana dodaq-dodağa öpüşdü - VİDEO
17-01-2018, 11:55
İsmayıllıda ərəb turistləri daşıyan avtomobil aşdı
5-12-2016, 20:58
İŞİD-in "neft naziri" öldürüldü
14-05-2016, 17:01
Azərbaycanda cinsi azlıqlarla bağlı layihə keçiriləcək
18-06-2016, 18:44
7600-dən çox terrorçu məhv edildi - Ərdoğan
20-08-2015, 13:38
“Cənubi Qafqazın geyləri: oxşar dərdlər” adlı məqalə hazırlayıb
17-03-2017, 17:38
“Biz bununla xalqın belini qırırıq” - Yevda Abramov
20-06-2015, 22:42
Səfirlik: Bakıda yaralanan avstriyalı idmançı vəfat etməyib
19-09-2016, 22:05
Aktrisanın ad günündə məşhur rejissorumuzun ürəyi dayandı - FOTOLAR