"Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır" - "5 nömrəli"nin baş həkimi
Tarix: 23-02-2017 | Saat: 19:55
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
"Xəbəraz.az "xəbər verir ki, bunu 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov lent.az-a açıqlamasında deyib.
Son zamanlar dövlət tibb müəssisələrində müayinə və müalicə xidmətlərinin pullu olması və rüşvət halları ilə bağlı yayılan fikirlərə münasibət bildirən Z.Əsədov bildirib ki, özünün rəhbərlik etdiyi xəstəxanada rüşvət halları yoxdur və bütün xidmətlər pulsuz həyata keçirilir.
Baş həkim deyib ki, bu gün də 5 saylı Kliniki Xəstəxanada heç bir tibbi xidmət üçün pul tələb edilmir: "Əvvəllər dövlət xəstəxanalarında pullu xidmət olsa da, prezident İlham Əliyevin müvafiq sərəncamından sonra qanunlarla ölkədə bütün dövlət tibb müəssisələrində pullu tibbi xidmət qadağan edilib. Onu deyim ki, bizdə poliklinika şöbəsi olmasa belə, müraciət edən istənilən xəstənin müayinələrini tam pulsuz yerinə yetiririk. İddia edildiyi kimi hansısa xəstədən pul istəmək, ya pul tələb etmək məsələsi yoxdur".
Baş həkim qeyd edib ki, fəaliyyətdə olan istənilən tibb müəssisələrində çatmazlıqlar, şikayətlər ola bilər: "Bizim xəstəxanada şəhid ailələri, qaçqın və məcburi köçkünlər, yaşlı və kimsəsiz şəxslər, müharibə veteranları, müxtəlif səbəblərdən əlil olan şəxslərin hamısına xüsusi güzəşt edilir. Onları növbədənkənar qəbul edib əlimizdən gələn nə varsa, onu yerinə yetiririk. Hətta həmin şəxslərin bir deyil, bir neçə dəfə müayinədən keçirilməsini tapşırmışıq".
Z.Əsədov vurğulayıb ki, xəstəxanada rüşvət halları olmasa da, hansısa xəstə həkiminə minnətdarlığını ifadə etmək üçün bir qutu şokolad, ya bir dəstə gül gətirir və tələb də edir ki, buna mane olmayaq: "Bunun qabağına durmamışıq. Çünki xəstə özü deyir ki, bunu minnətdar olduğu üçün özü etmək istəyir".
Xəbəri paylaş
6908 dəfə oxunub.
Digər xəbərlər

30-12-2016, 17:31
Kəlbəcər rayonundan olan bir qrup aztəminatlı ailələrinə bayram hədiyyələri təqdim edilib.
16-11-2016, 10:39
Qarabağ üçün 15 gün lazımdır
25-10-2015, 15:51
Ebru Gündeşdən boşanma xəbərlərinə açıqlama
25-12-2019, 11:06
Zakir Qaralov onu prokuror təyin etdi
31-05-2021, 17:45
Avtomobillə motosiklet toqquşdu, bir qardaş öldü, digəri xəsarət aldı
11-05-2016, 14:15
Bağlanan bankların vergi borcu açıqlandı - Siyahı, Məbləğ
29-05-2016, 15:14
Rusiyanın fəaliyyətini sülhə yönəltmək üçün... - Polşa
7-08-2021, 11:40
Bu tarixdən ƏƏSMN və DOST mərkəzlərinə yalnız peyvənd olunanlar müraciət edə biləcək
8-06-2015, 19:40
Vasif Məhərrəmli Xoşqədəmin verilişdə özünü saxlaya bilmədi (VİDEO)